DÜNYA
1 dəqiqə oxuma
Malayziyada daşqınlar nəticəsində təxminən 11 000 adam zərər çəkib
Daşqınlardan Kedah, Kelantan, Penanq, Perak, Perlis, Terenqanu və Selangor əyalətləri zərər çəkib
Malayziyada daşqınlar nəticəsində təxminən 11 000 adam zərər çəkib
Malayziyada daşqınlar nəticəsində təxminən 11 000 adam zərər çəkib / Reuters
24 noyabr 2025

Malayziyanın yeddi əyalətində baş verən daşqınlardan ümumilikdə 10.922 nəfər zərər çəkib. Bu barədə “Bernama” xəbər agentliyi məlumat yayıb.

Hakimiyyət orqanlarının bildirdiyinə görə, bölgədə davam edən leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən Kelantan əyalətində vəziyyət kritik olaraq qalır. Digər əyalətlər də sürətlə yüksələn su səviyyəsi ilə mübarizə aparır.

Qeyd edək ki, daşqınlardan Kedah, Kelantan, Penanq, Perak, Perlis, Terenqanu və Selangor əyalətləri zərər çəkib.