İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf strateji boğazda gərginlik davam edərkən "Hörmüz boğazında yeni bir tənliyin formalaşmaqda olduğunu" söyləyib.
Qalibaf "X" sosial media hesabı vasitəsilə paylaşım edərək deyib: "Dəniz nəqliyyatı və enerji keçidinin təhlükəsizliyi ABŞ və müttəfiqlərinin atəşkəsi pozması və blokada tətbiq etməsi səbəbindən təhlükəyə atılmışdır, lakin vurduqları zərər azaldılacaqdır. Mövcud vəziyyətin bu şəkildə davam etməsi ABŞ üçün dözülməz hal aldır”.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı hücumlara başlaması Tehranın İsrailə, Körfəzdəki ABŞ müttəfiqlərinə və Hörmüz boğazının bağlanmasına yönəlmiş cavab tədbirlərinin görülməsinə gətirib çıxarıb.
8 apreldə Pakistanın vasitəçiliyi ilə atəşkəs qüvvəyə mindi, lakin İslamabaddakı danışıqlardan daimi razılaşma əldə olunmadı. Atəşkəsin müddəti daha sonra ABŞ prezidenti Donald Tramp tərəfindən ucu açıq şəkildə uzadıldı.
13 apreldən bəri Amerika Birləşmiş Ştatları Hörmüz boğazındakı İran dəniz nəqliyyatını hədəf alan dəniz blokadası tətbiq edir.











