DÜNYA
2 dəqiqə oxuma
Şimali Koreya uğursuz hərbi gəmi sınağını araşdırır
Şimali Koreya dövlət mediasının məlumatına əsasən, bu həftə yeni bir hərbi gəminin suya buraxılması zamanı baş vermiş qəza ilə bağlı araşdırma başladılıb
Şimali Koreya uğursuz hərbi gəmi sınağını araşdırır
North Korea vows to arrest those responsible for failed ship launch / AP

Ölkə rəsmilərinin mayın 22-də verdiyi açıqlamada yeni inşa edilmiş 5000 tonluq gəminin mayın 21-də keçirilmiş suya buraxılma mərasimi zamanı “ciddi bir qəzanın baş verdiyini” və gəminin alt hissəsini zədələndiyini bildirib. Dövlət rəhbəri Kim Çen In isə bu qəzanı “cinayət xarakterli hərəkət” adlandırıb.

Cənubi Koreya ordusunun ABŞ və Seul kəşfiyyatına istinadən yaydığı məlumata görə, Şimali Koreya gəmini “yan tərəfdən suya endirməyə çalışıb”, lakin bu cəhd uğursuz olub və gəmi suda yan vəziyyətdə qalıb.

Bununla belə, Şimali Koreyanın rəsmi xəbər agentliyi “Korean Central News Agency” (KCNA) cümə günü yaydığı məlumatda “ilk bəyanatdan fərqli olaraq suyun altında və gəminin içində aparılan yoxlamalar zamanı gəminin alt hissəsində heç bir dəlik aşkarlanmadığını” bildirib. “Gəminin sağ tərəfində cızıq izləri yaranıb və xilasetmə kanalından gəminin quyruq hissəsinə müəyyən miqdarda dəniz suyu sızıb”, - agentlik xəbər verib.

 Cinayət xarakterli hərəkət

Mayın 22-də Kim Çen Inın də iştirak etdiyi tədbirdə gəminin uğursuz suya buraxılması “komanda heyətinin təcrübəsizlik və səhlənkarlığı” olaraq adlandırılıb. Şimali Koreya rəhbəri Kim Çen In bunu “səhlənkarlıq səbəbində baş vermiş cinayət xarakterli hərəkət” kimi qiymətləndirib.

KCNA mayın 23-də yaydığı məlumatda bildirib ki, qəzanın baş verdiyi Şərq sahilində yerləşən Çxoncin şəhərindəki gəmiqayırma zavodunun müdiri Honq Kil Ho mayın 22-də hüquq-mühafizə orqanları tərəfindən dindirilib.

Ekspertlərin fikrincə, su dolmuş hissədən suyun çıxarılması və gəminin balansının bərpası iki və ya üç gün çəkə bilər. Bundan əlavə, gəminin əvvəlki vəziyyətinə qaytarılmasının təxminən 10 gün çəkəcəyi qeyd olunub.

Cənubi Koreya ordusunun ehtimallarına əsasən, yeni tikilmiş hərbi gəmi Şimali Koreyanın ötən ay təqdim etdiyi 5000 tonluq “Çoe Hyon” adlı esmines sinifli gəmi ilə oxşar avadanlıqlara malikdir.

Qeyd edək ki, Şimali Koreya rəsmiləri “Çoe Hyon” gəmisinin ən güclü silahlarla təchiz edildiyini və gələn ilin əvvəlində istismara veriləcəyini irəli sürüblər.

Araşdırma
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
ABŞ İrana ağır zərbələr endirib
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
İsrail atəşkəsi pozmağa davam edir
Putin və Tramp Ankaradakı NATO sammiti əvvəlində Ukraynanı müzakirə ediblər
İranda Xameneinin dəfn mərasiminin ikinci günündə dualar oxunub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Ukrayna Konstantinovkanın Rusiya tərəfindən işğal edilməsi iddialarını təkzib edib
Rusiya: Ukraynanın şərqindəki strateji qala Kostyantınivka nəzarətimiz altındadır
Putin: "Rusiya və ABŞ qlobal təhlükəsizlik üçün müştərək məsuliyyət daşıyır"
Yaxın üç gün ərzində təkcə Tehranda 15-20 milyon insanın mərasimlərdə iştirakı gözlənilir
Belçikanın müdafiə naziri: "NATO-nun Türkiyəyə ehtiyacı var"
Pakistanda avtobus dərəyə aşıb, ən azı 40 nəfər həyatını itirib
İranın keçmiş ali rəhbəri Əli Xameneinin tabutu dəfn mərasimi üçün Tehrana gətirilib
Pakistanda təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb
Taylandda 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində 8 nəfər ölüb