TÜRKİYƏ
1 dəqiqə oxuma
R.T. Ərdoğan Ramazan bayramı münasibətilə etdiyi paylaşımda birliyə çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə etdiyi paylaşımda Yaxın Şərqdə cərəyan edən son hadisələrlə bağlı narahatlığını ifadə edərək, İslam dünyasını birlik və həmrəyliyə çağırıb
R.T. Ərdoğan Ramazan bayramı münasibətilə etdiyi paylaşımda birliyə çağırıb
R.T. Ərdoğan Ramazan bayramı münasibətilə etdiyi paylaşımda birliyə çağırıb / AA
11 saat əvvəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə etdiyi paylaşımda Yaxın Şərqdə cərəyan edən son hadisələrlə bağlı narahatlığını ifadə edərək, İslam dünyasını birlik və həmrəyliyə çağırıb.

Rizənin Güneysu rayonundakı Mərkəzi Məsciddə bayram namazından sonra çıxış edən dövlət başçısı Ramazan bayramının müsəlman aləmi üçün mənəvi yenilənmə fürsəti olduğunu vurğulayıb.

Prezident R.T.Ərdoğan müqəddəs Ramazan ayının başa çatması və bayramın gəlişi münasibətilə sevincini bölüşüb. O, bu mübarək günlərin bütün İslam aləmi üçün çətinliklərdən qurtuluş və yenidən dirçəliş vasitəsi olmasını arzuladığını bildirib. Dövlət başçısı bayramın Türkiyədə milli birlik və qardaşlıq bağlarını daha da gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

İsrailin hərəkətlərinə də toxunan Ərdoğan minlərlə insanın həyatına son qoyan sionist İsrailin törətdiklərinə görə mütləq cavab verəcəyini qeyd edib.

Dövlət başçısı çıxışının sonunda deyib:"Allah köməyimiz və dəstəkçimiz olsun. Ramazan bayramı ölkəmiz və xalqımız üçün bərəkət mənbəyinə çevrilsin".