ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
“Microsoft” “Skype” platformasının fəaliyyətini dayandırır
İstifadəçilər "Microsoft Teams"dən istifadə edərək hələ də öz kontaktlarına və söhbətlərinə daxil ola bilərlər
“Microsoft” “Skype” platformasının fəaliyyətini dayandırır
Skype / Reuters

“Microsoft” şirkəti 5 may 2025-ci il tarixindən etibarən “Skype” platformasının fəaliyyətini 22 ildən sonra rəsmi olaraq dayandırdığını açıqlayıb.

Bu barədə məlumat şirkətin texniki dəstək səhifəsində yerləşdirilib.

Bildirilib ki, həmin tarixədək istifadəçilər “Skype”dan istifadəni davam etdirə bilərlər, daha sonra isə istifadəçi hesabları avtomatik olaraq “Microsoft Teams” xidmətinə köçürüləcək.

“2025-ci ilin may ayından etibarən Skype artıq əlçatan olmayacaq,” deyə rəsmi açıqlamada bildirilib.

Qeyd edək ki, “Skype” platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən alınıb.

Bundan əlavə, ayrı bir açıqlamada bildirilib: “2025-ci ilin 5 may tarixindən sonra “Skype Dial Pad” yalnız “Skype” veb portalı və “Teams” daxilində qalan ödənişli istifadəçilər üçün əlçatan olacaq.”

Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək