BMT Suriyanın qanunverici orqanını keçid prosesi üçün mühüm addım hesab edir
BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında jurnalistlərə açıqlama verib
Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada qanunvericilik orqanının yaradılmasını ölkənin təcili keçid prioritetlərinin həlli üçün vacib addım adlandırıb.
BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında jurnalistlərə açıqlama verib.
“Əlbəttə, biz rəsmi nəticələrin elan edilməsini gözləyirik. BMT-nin xüsusi nümayəndəliyi ümumiyyətlə seçki prosesinə müdaxilə etməyib və bizdən yardım tələb olunmayıb. Buna baxmayaraq qanunvericilik orqanının yaradılması keçid dövrünün təcili hüquqi və institusional prioritetlərinin həlli üçün mühüm addımdır. Nümayəndəliyimiz keçid dövründə Xalq Məclisinin işinin şəffaf və əhatəli aparılmasının vacibliyini vurğulayır”, — S. Dujarrik bildirib.
O, həmçinin qeyd edib ki, Suriya cəmiyyətinin bütün təbəqələri arasında inklüzivliyi təmin etmək üçün hələ də böyük səylərə ehtiyac var.
Suriyada bazar günü Xalq Məclisinə dolayı seçkilər keçirilib. Ölkə üzrə seçki şuralarından seçilən təxminən 6000 seçici səs verib.