TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə şirkətinə məxsus neft tankeri İstanbul yaxınlığında hücuma məruz qalıb
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloglu deyib ki, Qara dənizdə dron hücumuna məruz qalan tankerin 27 türk ekipaj üzvünün vəziyyəti yaxşıdır
Türkiyə şirkətinə məxsus neft tankeri İstanbul yaxınlığında hücuma məruz qalıb
Türkiyənin nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu / AA
12 saat əvvəl

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu gün (26 mart 2026) Qara dənizdə İstanbul yaxınlığında üzən və xarici bayraqlı, Türkiyənin idarə etdiyi xam neft tankerinə pilotsuz dəniz aparatı ilə hücum edildiyini və heyət arasında hər hansı can itkisinin olmadığını qeyd edib.

Uraloğlu “24TV” telekanalındakı canlı yayım zamanı verdiyi açıqlamada, xam neft daşıyan gəminin xüsusilə maşın bölməsinə gəmini sıradan çıxarmaq məqsədilə qəsdən edilən bir hücuma məruz qaldığını deyib.

Nazir həmçinin hadisə zamanı gəmidə 27 türk heyət üzvünün olduğunu və hamısının vəziyyətinin yaxşı olduğunu qeyd edib.

Uraloğlu texniki qrupların hadisə yerinə cəlb olunduğunu və vəziyyətin yaxından təqib edildiyini də sözlərinə əlavə edib.