Bu gün Azərbaycanın paytaxtı Bakıda 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX 2026) açılıb. Sərgidə iştirak edən Türkiyə müdafiə sənayesi şirkətləri ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq, birgə istehsalat, texnologiya və müdafiə sistemlərinin tədarükünə dair müqavilələr və anlaşma memorandumları imzalanıb.
Türkiyə Müdafiə Sənayesi İdarəsi (SSB) və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə təşkil edilən mərasimdə ASELSAN ilə NOVASİS MMC arasında Naxçıvanda zavodun qurulmasına dair ilkin protokol imzalanıb. Həmçinin "Boğaziçi Savunma" şirkəti ilə Azərbaycan tərəfi arasında tərəfdaşlıq və yerli istehsalat müqaviləsi bağlanıb.
"Boğaziçi Savunma" və "Kayı Savunma" şirkətləri ilə NOVASİS MMC arasında da anlaşma memorandumları imzalanıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən imzalama mərasimlərində ASELSAN-ın Azərbaycana "Alp 100" radarının tədarükünə dair anlaşma memorandumu rəsmiləşdirilib.
BAYKAR şirkəti də Azərbaycana "Mızrak" və "Antidot" rəqəmsal sursat tədarükü ilə bağlı iki ayrı müqaviləyə imza atıb.
Mərasimdə ROKETSAN-ın Azərbaycana "Barbaros" Sahil Müdafiə Sistemi, TUSAŞ-ın isə "Hürkuş" təminatına dair müqavilələr imzalanıb.
Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan "Miras" şirkəti ilə Türkiyənin "Maşın ve Kimya Endüstrisi" (MKE) arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
İmzalana müqavilələrin ümumi dəyərinin 500 milyon dollardan çox olduğu bildirilir.


























