TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə dövləti Suriyada DEAŞ tərəfindən törədilən terror hücumunu pisləyib
Suriyada DEAŞ terrorçusu ABŞ və Suriya qüvvələrini hədəf alan terror aktı törədib
Türkiyə dövləti Suriyada DEAŞ tərəfindən törədilən terror hücumunu pisləyib
Türkiyə dövləti Suriyada törədilən DEAŞ-a məxsus terror hücumunu pisləyib / AA
14 dekabr 2025

Türkiyənin Xarici İşlər Nazirliyi Suriya ərazisində Suriya və ABŞ qüvvələrini hədəf alan DEAŞ terrorçusunun törətdiyi terror aktını qınayıb.

Nazirliyin dekabrın 14-də (bu gün) yayılan bəyanatında bildirilir: “13 dekabr tarixində Palmira yaxınlığında patrul xidməti yerinə yetirən Suriya və ABŞ qüvvələrinə qarşı törədilən terror aktını qınayırıq”

Türkiyə dövləti həyatını itirənlərin ailələrinə və DEAŞ-la mübarizədə beynəlxalq koalisiyanın tərəfdaşı olan Suriya və ABŞ hökumətlərinə başsağlığı verib.

Nazirlik əlavə edib ki, Türkiyə ölkədə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmə qarşı mübarizədə Suriya hökumətinin səylərini dəstəkləməyə davam edəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, DEAŞ silahlısının təşkil etdiyi pusquda iki ABŞ əsgəri və bir mülki şəxs həlak olub, üç digər hərbçi isə yaralanıb.

MƏNBƏ:TRT