SİYASƏT
2 dəqiqə oxuma
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
İsrail həbsxanasında fələstinli bir məhbusun döyülməsini əks etdirən görüntülərin sızdırılmasının ardından hərbi baş prokuror vəzifəzindən ayrılıb
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
1 noyabr 2025

İsrail mediasında yayımlanan xəbərə əsasən, İsrailin yüksək rütbəli hərbi prokuroru Yifat Tomer-Yerușalmi ölkənin cənubunda yerləşən, təcridxanada İsrail əsgərlərinin fələstinli bir məhbusa zor tətbiq etdiyini göstərən videonun yayılmasına görə məsuliyyəti üzərinə götürərək vəzifəsini tərk edib.

Bu etiraf, İsrail siyasətində xüsusilə sağçı dairələrin tənqid hədəfinə çevrilmiş Tomer-Yerușalmini mübahisələrin mərkəzinə gətirib. Sağçılar onun bu addımını “dövlətə xəyanət” kimi qiymətləndirirlər.

Qeyd edək ki, beynəlxalq ictimaiyyət tərəfindən İsrail əsgərlərinin törətdiyi müharibə cinayətlərinə qarşı “həddən artıq yumşaq” davranmaqda günahlandırılan Tomer-Yerușalmi İsraildə hökm sürən ifrat sağçı siyasi mühit və Baş nazir Benyamin Netanyahunun siyasəti səbəbindən fəaliyyət dairəsini qorumaqda çətinlik çəkirdi.

Ötən il İsrailin “Channel 12” telekanalında yayımlanan video, ölkənin cənubundakı “Sde Teiman” adlı həbsxanada İsrail əsgərlərinin Qəzzadan gətirilmiş fələstinli bir məhbusa qarşı cinsi zorakılıq törətdiyini göstərirdi. Hadisə ilə bağlı ordunun hərbi istintaq başladacağını elan etməsi ifrat sağçıların qəzəbinə səbəb olub.

Tomer-Yerușalmi oktyabrın 31-də təqdim etdiyi istefa məktubunda bildirib ki, videonu ona qarşı yönəldilən tənqidlərə cavab olaraq sızdırıb.

İsrail mediasında yayımlanan məktubda o yazıb: “Bir məhbusa qarşı zorakılıq tətbiq olunduğuna dair əsaslı şübhə varsa, ordu istintaq aparmaq səlahiyyətinə malikdir. Hətta ən təhlükəli məhbuslara qarşı belə bəzi hərəkətlərin əsla yolverilməz olduğu bilinməlidir.”

Müdafiə naziri İsrael Kats və bir çox israilli siyasətçi Tomer-Yerușalmini istefasının ardınca onu sərt şəkildə tənqid ediblər. İ.Kats onun yenidən vəzifəyə qaytarılmayacağını və videonun sızdırılmasına qərar verən şəxslərlə bağlı istintaqların davam edəcəyini açıqlayıb.

İsrailin Qəzzada apardığı soyqırım, habelə “Sde Teiman” həbsxanasında fələstinli məhbuslara qarşı zorakılıq hadisələri insan hüquqları təşkilatları tərəfindən “qeyri-insani rəftar” kimi qiymətləndirilir.

Bildirilir ki, bu təcridxanada fələstinlilər heç bir məhkəmə qərarı olmadan aylarla saxlanılır. Bu müəssəsədən azadlığa buraxılanların çoxu isə dəfələrlə döyüldüklərini, ac buraxıldıqlarını və çox ağır şəraitdə saxlanıldıqlarını xüsusilə vurğulayıblar.

MƏNBƏ:TRT
Araşdırma
İsrail Trampa BMT qərarından Fələstin dövləti ifadəsinin çıxarılması üçün təzyiq edir
ABŞ BƏƏ-yə Sudanla bağlı təzyiq göstərir
İndoneziya dövləti Qəzza ilə bağlı missiya üçün 20 min nəfərlik heyət hazırlayır
Qəzza planı ilə bağlı BMT-yə təcili səsvermə çağırışı edilib
ABŞ-nin Türkiyədəki səfiri Konqresi Suriyaya kömək üçün sanksiyaları ləğv etməyə çağırıb
G7 ölkələrinin yüksək vəzifəli diplomatları Ontarioda bir araya gəlir
Əhməd Şaraa : "Hazırda İsrail ilə normallaşma danışıqlarından söhbət gedə bilməz"
Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihəsi qəbul edir
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib