Tramp ABŞ-ın daha bir Venesuela gəmisini vurduğunu bildirib və quru əməliyyatına işarə edib
ABŞ rəsmilərinin bildirdiyinə görə, indiyədək zərbələr nəticəsində azı 21 nəfər ölüb
ABŞ prezidenti Donald Tramp şoktyabrın 4-də axşam saatlarında Venesuela sahillərində qanunsuz narkotik daşıdığı iddia edilən daha bir gəmini vurub.
Tramp bu açıqlamanı oktyabrın5-də Norfolk dəniz bazasında Harry S. Truman təyyarədaşıyan gəmisinin yanında verib.
Bunun oktyabrın 4-də müdafiə naziri Pete Hegseth tərəfindən açıqlanan hücumla əlaqəli olub-olmadığı dəqiqləşməyib.
"Son həftələrdə Hərbi Dəniz Qüvvələri kartel terrorçularını məhv etmək missiyamızı dəstəklədi... biz dünən gecə başqa bir vəzifəni yerinə yetirdik", -deyə Tramp qeyd edib.
ABŞ rəsmilərinin məlumatına görə, indiyədək zərbələr nəticəsində azı 21 nəfər həlak olub.
Ağ Ev iddia edir ki, indiyədək ən azı dörd qayığı məhv edən bu hücumlar narkotiklərin ABŞ-a çatmasının qarşısını alıb.
Quru əməliyyatları gündəmdədirmi?
Tramp bəyan edib ki, onun siyasəti işləyir və hərbi əməliyyatlar quru yollarına da genişləndirilə bilər. O, "Onlar artıq dəniz yolu ilə gəlmirlər, ona görə də biz quru yollarına baxmalı olacağıq. Və sizə deyim ki, bunun da sonu onlar üçün yaxşı olmayacaq" deyib.
Ekspertlər Trampın bazar günü verdiyi açıqlamada “dünən gecə” ifadəsini işlətməsinin növbəti ölümcül hücuma işarə olduğunu düşünürlər. Pentaqonun elan etdiyi ən son əməliyyat cümə günü baş tutub. Həmin əməliyyatda Venesuela sahillərində kiçik qayıqda “narko-terrorçu” olmaqda ittiham olunan 4 naməlum şəxs öldürülüb.
ABŞ Demokrat Partiyasının liderləri və bir çox hüquq ekspertləri xarici və ya beynəlxalq sularda dindirilməmiş və ya dayandırılmamış şübhəlilərə qarşı ölümcül güc tətbiqinin qanuniliyini şübhə altına alırlar.