AZƏRBAYCAN
2 dəqiqə oxuma
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda rəsmi səfərdə olub
İki ölkə arasında mühüm sənədlər imzalanıb, Azərbaycan Türkmənistana neft tankeri hədiyyə edib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda rəsmi səfərdə olub
Türkmənistan Prezidenti Berdiməhəmmədov Azərbaycandadır

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana reallaşdırdığı rəsmi səfər çərçivəsində Prezident İlham Əliyev ilə bir araya gəlib. Keçirilən görüşlərdə nəqliyyat, energetika, iqtisadiyyat və sənaye başda olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə Azərbaycandan Türkmənistana hədiyyə edilən "Dostluq" neft tankerinin təhvil-təslim mərasimi keçirilib.

Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerin uzunluğu 141 metr, eni 16,9 metr təşkil edir. Yükdaşıma qabiliyyəti 7.875 ton olan tanker iki ölkə arasındakı dostluq və əməkdaşlığın mühüm rəmzlərindən biri kimi qiymətləndirilir.

Görüşlərin yekununda İlham Əliyev və Sərdar Berdiməhəmmədov birgə bəyannamə imzalayıblar. Bundan başqa, hər iki ölkənin aidiyyəti qurumları arasında gömrük, idman, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə, qida təhlükəsizliyi, sənaye, energetika, kənd təsərrüfatı, iqtisadiyyat və maliyyə sahələrində müxtəlif sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalanıb.

Sənədlərin imzalanma mərasimindən sonra dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat və loqistika sahəsindəki əməkdaşlığın təkcə iki ölkə üçün deyil, daha geniş bir coğrafiya üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dünyada etibarlı və təhlükəsiz nəqliyyat dəhlizlərinin sayının məhdud olduğuna diqqət çəkən ölkə başçısı İlham Əliyev bildirib:

"Əgər ölkələrimiz arasında qarşılıqlı siyasi etimad olmasaydı, mövcud coğrafi imkanlar təkbaşına bu layihələrin həyata keçirilməsi üçün kifayət etməzdi. Artan yükdaşımaları daha da inkişaf etdirmək və üçüncü ölkələrdən yeni yük axınlarını cəlb etmək məqsədilə nəqliyyat və loqistika sahəsində koordinasiyanı gücləndirmək barədə razılığa gəldik."

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov isə Azərbaycan tərəfindən hədiyyə edilən "Dostluq" neft tankerinə görə təşəkkürünü bildirib. O, sözügedən hədiyyəni iki ölkə arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğulayıb.

Bu tankerin iki ölkənin tərəqqisinə töhfə verəcəyinə inandığını ifadə edən S.Berdiməhəmmədov Türkmənistanın Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

Türkmənistan dövlət başçısı Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu davam edən mehriban qonşuluq münasibətlərinin, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin bir-birinə daha da yaxınlaşdırdığını sözlərinə əlavə edib.

MƏNBƏ:TRT
Araşdırma
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib
H.Hacıyev: Ermənistan konstitusiyasından torpaq iddiası çıxarılarsa, sülh müqaviləsi imzalanacaq
HAVELSAN şirkəti Azərbaycana kritik müdafiə sistemi ixrac edir
Azərbaycan Prezidenti İ.Əliyev Qırğızıstana səfəri çərçivəsində S.Caparov ilə bir araya gəlib
Bakıdan Qarsa təyyarə reysləri başlayıb
İki ölkə arasında real sülh var, lakin yekun saziş konstitusiya dəyişikliyindən asılıdır
Azərbaycan XİN İsrail hökumətinin qərarını pisləyib
Azov dənizində iki yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb
Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı "anti-Azərbaycan siyasəti" səbəbindən dayandırır
Rəsmi Kiyev Azərbaycanda üçtərəfli görüş təklif edir
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
Azərbaycan və İran xarici işlər nazirləri regiondakı gərginliyi müzakirə ediblər
Azərbaycanda Fransaya casusluqda ittiham olunan şəxs 10 il həbs cəzasına məhkum edilib
Azərbaycan regional gərginlik fonunda İrana humanitar yardım göndərir
Azərbaycan dövləti İrandakı diplomatik nümayəndəliklərini təxliyə edir
R.T.Ərdoğan Bakıda Vətən müharibəsi qələbəsinə həsr olunmuş hərbi paradda iştirak edib
Şanlı Qarabağ Zəfərinin 5-ci il dönümü
Prezident R.T.Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edib
"Azərbaycan bundan sonra da sülh gündəliyinin inkişafı üçün səylərini davam etdirəcək", İ.Əliyev
Əliyev: "Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır"