Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib

Qələbəni bütün iraqlıların qələbəsi adlandıran Şiә əl-Sudani deyib: “Koalisiyamızı parlament seçkilərində әldә etdiyi qәlәbә münasibətilə təbrik edirik’’

By
Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib

İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani koalisiyasının ölkədə keçirilən parlament seçkilərində qalib gəldiyini açıqlayıb.

Qələbəni bütün iraqlıların qələbəsi adlandıran Şiә əl-Sudani deyib: “Koalisiyamızı parlament seçkilərində әldә etdiyi qәlәbә münasibətilə təbrik edirik’’.

O, həmçinin hökumətin qurulması ilə bağlı danışıqların yaxın zamanda başlayacağını qeyd edib.

Ölkənin Seçki Şurası Məhəmməd Şiə əl-Sudaninin Yenidənqurma və İnkişaf Koalisiyasının parlament seçkilərində qәlәbә əldə etdiyini açıqlayıb. İlkin nəticələrə görə, Şiә əl-Sudaninin koalisiyası 4 milyondan çox seçicidən 411.026 səs toplayıb. İkinci yerdə Parlamentin keçmiş sədri Məhəmməd əl-Halbusinin rəhbərlik etdiyi Tərəqqi Partiyası, üçüncü yerdə isə keçmiş Baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiyi Qanun Dövləti Koalisiyası qərarlaşıb.

Seçki şurası ölkə üzrə seçici fəallığının 56,11 faiz olduğunu bildirib.