SİYASƏT
2 dəqiqə oxuma
R.T.Ərdoğan: “Qəzzadakı soyqırım təkrarlanmamalıdır”
Yeni əldə olunan atəşkəs razılaşması qalıcı sülhə doğru mühüm addım kimi qiymətləndirilir
R.T.Ərdoğan: “Qəzzadakı soyqırım təkrarlanmamalıdır”
R.T.Ərdoğan: “Qəzzada soyqırım təkrarlanmamalıdır” / AA
 

Oktyabrın 10-da Rizedə açılış mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada “soyqırım mühitinə” geri dönüşün “çox ağır bir qarşılığı” olacağı barədə xəbərdarlıq edərək, İsrail ilə “Həmas” arasında əldə olunan atəşkəs razılaşmasını məmnuniyyətlə qarşıladığını vurğulayıb.

Xəbər verildiyi kimi, İsrail və “Həmas” arasında razılaşdırılan atəşkəs, ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim olunan 20 maddəlik plan əsasında Misirin Şarm əl-Şeyx şəhərində, oktyabrın 9-da səhər saatlarında əldə olunub.

Qeyd edək ki, planın ilk mərhələsi dərhal atəşkəsin təmin edilməsini, girovların və məhbusların azad edilməsini, İsrail qüvvələrinin Qəzza üzərində razılaşdırılan xəttə çəkilməsini və bölgəyə humanitar yardımın çatdırılmasını nəzərdə tutur. Həmçinin, beynəlxalq ictimaiyyətin yenidənqurma prosesinə dəstək verməsi də planın tərkib hissəsidir.

Türkiyənin mövqeyi

Türkiyənin Qara dəniz bölgəsində yerləşən Rizə şəhərində yeni obyektlərin açılış mərasimində danışan ölkə başçısı R.T.Ərdoğan rəsmi Ankaranın Qəzzada sülhün, təhlükəsizliyin və sabitliyin “ən qısa zamanda” bərpa olunması üçün bütün imkanlardan istifadə etdiyini bildirib.

Atəşkəs barədə danışan dövlət başçısı, “Ən vacib məsələ bu razılaşmanın olduğu kimi yerinə yetirilməsidir. Türkiyə bu prosesə fəal şəkildə dəstək verəcək” deyə diqqətə çatdırıb.

“Bölgəmiz, xüsusilə Qəzza, kifayət qədər qan tökülməsinə, qətliamlara və göz yaşlarına şahid olub. Sülhə fürsət verilməli, təxribatlardan qaçınılmalıdır”, – deyə R.T.Ərdoğan əlavə edib.

Dövlət başçısı bu razılaşmanı çətinliklərə baxmayaraq qalıcı sülhə doğru “vacib bir addım” kimi qiymətləndirib.

Bildirilir ki, ABŞ tərəfi İsrail ordusunun ilk mərhələdə “sarı xətt” adlanan mövqelərə geri çəkildiyini təsdiqləyib. Razılaşmaya əsasən, “Həmas” 20 girovu azad etməli və 28 nəfərin cəsədini qaytarmalıdır. Əvəzində İsrail ömürlük həbsə məhkum edilmiş 250 fələstinli məhbusu və 2023-cü il oktyabrın 7-dən bəri həbs edilmiş 1.700 nəfəri azad edəcək.

MƏNBƏ:TRT
Araşdırma
Donald Tramp Çində səfərdədir
Finlandiya prezidenti A.Stubb Türkiyəni NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb
Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımları dayandıracağını bildirib
Pakistan regional əlaqələri gücləndirmək üçün "etimad və inam" çağırışı etdi
Əraqçi: "Regional blok İranın Hörmüz boğazını iki gün müddətinə açmaq planını dəstəkləyir"
K.Kallas Rusiyanın danışıqlar üçün irəli sürdüyü tələbləri "cəfəngiyat" adlandırıb
İran ABŞ ilə aralarındakı "nə müharibə, nə sülh" status-kvosunu rədd edir
V.Putin, Si və D.Tramp noyabrın 19-da üçtərəfli zirvə görüşü keçirəcəklər
Almaniya Ukraynaya 200 milyon avro maliyyə yardımı ayıracaq
Rusiya və Ukrayna Avropanın danışıqlara qoşulması barədə razılığa gəlib
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alıb
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə səfər edib
“Həmas” Qəzza üzrə Sülh Şurasını bölgədəki daşqın böhranını görməzdən gəlməkdə günahlandırıb
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ-yə xəbərdarlıq edib
İsxak Hersoq Trampın İsrailə yardımı dayandırmaq qərarına münasibət bildirib
Volodimir Zelenski Trampın xüsusi nümayəndələri ilə telefon danışığı apardığını açıqlayıb
Müxalifət lideri Q.Ayzenkot hakimiyyəti "demokratiyaya qarşı qətliam" törətməkdə günahlandırıb