SİYASƏT
1 dəqiqə oxuma
İran ABŞ və İsraillə əməkdaşlıq edənlərin əmlakını müsadirə edəcək
İran Baş Prokurorluğu Vaşinqton və Təl-Əvivin Tehrana qarşı başlatdığı müharibə şəraitində ABŞ və İsraillə əməkdaşlıq etməkdə ittiham olunan İran vətəndaşlarının xaricdəki bütün aktivlərinin müsadirə olunacağını bəyan edib
İran ABŞ və İsraillə əməkdaşlıq edənlərin əmlakını müsadirə edəcək
İran ABŞ və İsraillə əməkdaşlıq edənlərin əmlakını müsadirə edəcək / AP

İran Baş Prokurorluğu Vaşinqton və Təl-Əvivin Tehrana qarşı başlatdığı müharibə şəraitində ABŞ və İsraillə əməkdaşlıq etməkdə ittiham olunan İran vətəndaşlarının xaricdəki bütün aktivlərinin müsadirə olunacağını bəyan edib. Baş Prokurorluq bu qərarı oktyabr ayında qüvvəyə minmiş və İsrail, ABŞ, habelə digər düşmən dövlət və ya qruplarla hər hansı formada əməkdaşlıq edən şəxslər üçün "bütün aktivlərin müsadirəsini" və digər ağır hüquqi cəzaları nəzərdə tutan qanuna əsaslandırıb.

"Press TV"-nin yaydığı məlumata görə, müvafiq qanunda düşmən rejimlərin və ya onlarla əlaqəli ünsürlərin adından ölkənin təhlükəsizliyinə qarşı həyata keçirilən hər bir əməliyyatın 21 aprel 2013-cü ildə təsdiq olunmuş İslam Cinayət Məcəlləsinin 19-cu maddəsinin 5-ci qeydinə əsasən cəzalandırılacağı bildirilir. Bu hüquqi akt həmin şəxslərin əmlakının tam müsadirəsi ilə yanaşı, həm də ölüm cəzasını nəzərdə tutur.

İran rəsmi dairələrinin bildirdiyinə görə, 28 fevralda başlayan ABŞ-İsrail birgə hücumları nəticəsində aralarında ali dini lider Əli Xameneinin də olduğu 1200-dən çox insan həyatını itirib, 10 mindən çox şəxs isə yaralanıb.

Tehran bu hücumlara cavab olaraq ABŞ və İsrail hərbi qüvvələrinin Körfəz ölkələrindəki obyektlərinə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.

Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb