B.Duran:''Türkiyə həmişə sülh və sabitliyi dəstəkləyir"
B.Duran qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın güclü rəhbərliyi altında Türkiyənin böhranların aradan qaldırılması üçün atdığı və atacağı addımlar dünya birliyi tərəfindən yaxından izlənilir
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Burhanəddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin qlobal böhranların həlli istiqamətindəki səylərini və ölkənin sülh ilə sabitliyə olan sadiqliyini diqqətə çatdırıb.
B.Duran qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın güclü rəhbərliyi altında Türkiyənin böhranların aradan qaldırılması üçün atdığı və atacağı addımlar dünya birliyi tərəfindən yaxından izlənilir. Türkiyənin üzlәşdiyi təhdidlər qarşısında qətiyyətli mövqeyini qoruduğunu vurğulayan Burhanәddin Duran dövlət himninin "Qorxma" sözü ilә başladığını xatırladıb.
O, bildirib ki, Türkiyə həm ölkə daxilində, həm də dünyada hər zaman sülh və sabitliyi dəstəkləyir.