TÜRKİYƏ
1 dəqiqə oxuma
B.Duran:''Türkiyə həmişə sülh və sabitliyi dəstəkləyir"
B.Duran qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın güclü rəhbərliyi altında Türkiyənin böhranların aradan qaldırılması üçün atdığı və atacağı addımlar dünya birliyi tərəfindən yaxından izlənilir
B.Duran:''Türkiyə həmişə sülh və sabitliyi dəstəkləyir"
B.Duran:''Türkiyə həmişə sülh və sabitliyi dəstəkləyir" / AA
8 saat əvvəl

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Burhanəddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin qlobal böhranların həlli istiqamətindəki səylərini və ölkənin sülh ilə sabitliyə olan sadiqliyini diqqətə çatdırıb.

B.Duran qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın güclü rəhbərliyi altında Türkiyənin böhranların aradan qaldırılması üçün atdığı və atacağı addımlar dünya birliyi tərəfindən yaxından izlənilir. Türkiyənin üzlәşdiyi  təhdidlər qarşısında qətiyyətli mövqeyini qoruduğunu vurğulayan Burhanәddin Duran  dövlət himninin "Qorxma" sözü ilә başladığını xatırladıb.

O, bildirib ki, Türkiyə həm ölkə daxilində, həm də dünyada hər zaman sülh və sabitliyi dəstəkləyir.