AZƏRBAYCAN
1 dəqiqə oxuma
Bakıdan Qarsa təyyarə reysləri başlayıb
Reyslər cümə axşamı və bazar günləri həyata keçiriləcək
Bakıdan Qarsa təyyarə reysləri başlayıb
Azərbaycanın paytaxtı Bakıdan Qarsa təyyarə reysləri başladı

"Azərbaycan Hava Yolları" (AZAL) Bakı–Qars marşrutu üzrə müntəzəm təyyarə reyslərinə başlayıb.

Bakı–Qars istiqamətindəki müntəzəm uçuşa Heydər Əliyev Beynəlxalq Aeroportundan start verilib. Bununla da, Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatının qarşılanması nəzərdə tutulur. Həmçinin iki ölkə arasındakı hava nəqliyyatı əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verilməsi hədəflənir.

Məlumata əsasən, Bakı–Qars–Bakı reysləri həftənın cümə axşamı və bazar günləri təşkil olunacaq.

MƏNBƏ:TRT