TÜRKİYƏ
2 dəqiqə oxuma
7-ci Beynəlxalq Yelkənli Qayıq Yarışlarının ilk mərhələsinə İstanbul boğazından start verilib
Yarışın ilk mərhələsi 23 aprel Milli Suverenlik və Uşaq Bayramı gününə həsr olunub
7-ci Beynəlxalq Yelkənli Qayıq Yarışlarının ilk mərhələsinə İstanbul boğazından start verilib
7-ci Beynəlxalq Yelkənli Qayıq Yarışlarının ilk mərhələsinə İstanbul boğazından start verilib / AA

Prezident himayəsində keçirilən 7-ci Beynəlxalq Yelkənli Qayıq Yarışlarının ilk mərhələsi olan “Milli Suverenlik Kuboku”na 23 aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə İstanbul boğazından start verilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Açıq Dəniz Yelkənli Qayıq Yarış Klubu tərəfindən təşkil olunan yarışlarda 14 ölkədən 500 idmançı Çanaqqalaya doğru yola düşüb.

Dolmabahçedə Mustafa Kamal Atatürk və silahdaşlarının xatirəsinə həsr olunmuş sükut anı ilə başlayan və 3 saatdan artıq davam edən yarışlarda idmançılar külək və çətin marşrut şəraitində strategiyanın həlledici rol oynadığı mübarizə nümayiş etdiriblər. İstanbul sakinləri isə yelkənlərin 23 aprel coşqusu ilə qovuşduğu bu tədbiri sevinc hissi ilə müşahidə ediblər.

“Milli Suverenlik Kuboku” uğrunda yarışan komandalar boğaz mərhələsini tamamlayaraq Çanaqqalaya doğru yelkən açıblar.

İstanbul Açıq Dəniz Yelkənli Qayıq Yarış Klubu rəhbəri Ekrem Yemlihaoğlu hər mərhələnin özünəməxsus ruhu və hekayəsi olduğunu vurğulayaraq bildirib:

“Prezident himayəsində keçirilən 7-ci Beynəlxalq Yelkənli Qayıq Yarışları yalnız idman tədbiri deyil, eyni zamanda Türkiyənin dənizlərdəki gücünü dünyaya nümayiş etdirən nüfuz platformasıdır. Məqsədimiz bu xüsusi günlərin mənəvi dəyərini dənizlərdəki mübarizəmizlə birləşdirmək, bayrağımızı beynəlxalq sularda qürurla dalğalandırmaq və bu idman növünü gələcək nəsillərə ən peşəkar şəkildə ötürməkdir.”

 

Tarixə hörmət yarışı

Çanaqqala zəfərinin 111-ci ildönümü münasibətilə təşkil olunan “Tarixə hörmət” yarışında idmançılar Çanaqqalanın küləyinə qarşı mübarizə aparacaqlar.

104 dəniz mili məsafə boyunca çətin yarış keçirəcək komandalar arasında Çanaqqalaya ilk çatan heyət “Sahil Mühafizəsi Kuboku”nun sahibi olacaq.

Yarışçılar 25 apreldə Çanaqqala boğazında mübarizəni davam etdirəcəklər. Üç gün davam edəcək yarışların yekununda qalib komanda “Zəfər Kuboku”nu qazanacaq.

Qeyd edək ki, keçirilən yarışların ikinci mərhələsi 19 mayda, üçüncü mərhələsi 30 avqustda, final mərhələsi olan “Respublika Kuboku” isə 29 oktyabrda İstanbul boğazında keçiriləcək.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Türkiyə BMT-də Yunanıstanın "Türkiyə boğazları" termininin istifadəsinə yönəlmiş etirazını rədd etdi
Türkiyə və Belçika Ankarada müdafiə, diplomatiya və ticarət əlaqələrini müzakirə etdilər
Türkiyə XİN rəhbəri H.Fidan Hörmüz boğazından "silah" kimi istifadə edilməməli olduğunu bildirib
Türkiyə XİN: Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar tamamlanıb
Prezident Ərdoğan: "Geosiyasi inkişaflar Türkiyə-Aİ münasibətlərinin əhəmiyyətini bir daha göstərir"
Türkiyə və Belçika ticarət və investisiya əlaqələrinin daha çox inkişafı üçün cəhd göstərirlər
Belçika Türkiyə ilə strateji tərəfdaşlığının dərinləşdirməkdə əhəmiyyətli potensial görür
Ərdoğan: "İsrailin ekspansionist gündəliyi regional sülhü təhdid edir"
Türkiyə İran və ABŞ arasında davamlı atəşkəs üçün konstruktiv dialoqa çağırıb
Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb
Türkiyə və Ermənistan Ani körpüsünün bərpasına dair saziş imzalayıb
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş keçirib
Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının üçüncü iclası keçirilib
Su təhlükəsizliyinin prioritetləşdirilməsi fonunda Türkiyə tətbiqyönümlü COP31-i müdafiə edir
“Qlobal Sumud” humanitar yardım donanmasının fəlları İstanbula gətirilib
ABŞ-də keçirilən məktəblərarası bilik yarışmasının qalibləri Türkiyəyə səfər edəcək
Prezident R.T.Ərdoğan TRT-ni 62-ci ildönümü münaibəti ilə təbrik edib
TBMM İsrailin ''Qlobal Sumud Donanması''na müdaxiləsini pisləyib
Türkiyə və İspaniya İsrailin Qəzza donanmasına müdaxiləsinə qarşı qlobal reaksiya çağırışı etdi