İsrail ordusu Rəfah şəhərində beş fələstinlini öldürüb
Bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib
İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərində beş fələstinlini öldürdüyünü açıqlayıb.
Açıqlamada ordunun Nahal briqadasının döyüş qrupunun Rəfahın şərqindəki tunellərdən çıxan beş silahlı şəxsi müəyyən etdiyi bildirilib.
Rəfah oktyabrın 10-da qüvvəyə minən atəşkəs müqaviləsində nəzərdə tutulduğu kimi İsrail ordusu tərəfindən işğal edilən “sarı xəttin” şərqində yerləşir.
İsrail mediası xəbər verir ki, təxminən 200 ‘‘Həmas’’ üzvü Rəfahdakı bir tuneldə qapalı qalıb.
Qeyd edək ki, rəsmi Təl-Əviv Fələstin hərəkatının Qəzzadakı nəzarət zonalarına təhlükəsiz keçid təmin etmək tələblərinə cavab verməyib.
İsrail ordusu 2023-cü ilin oktyabrından bəri Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla təxminən 70.000 insanı öldürüb, 170.800-dən çox insanı yaralayıb və bölgəni xarabalığa çevirib.