İranda iğtişaşlar zamanı 100-dən çox təhlükəsizlik əməkdaşı həlak olub
Məlumatda etirazçılar arasında ölənlərin sayı barədə rəsmi rəqəmlər açıqlanmayıb
Mərkəzi Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalı İranın “Tasnim” xəbər agentliyinə istinadən bildirib ki, son günlər ölkədə baş verən iğtişaşlar zamanı azı 109 İran təhlükəsizlik əməkdaşı həlak olub.
Məlumatda etirazçılar arasında ölənlərin sayı barədə rəsmi rəqəmlər açıqlanmayıb.
İranda iqtisadi vəziyyətin pisləşməsi fonunda dekabrın 28-dən etibarən hökumət əleyhinə etiraz aksiyaları başlayıb. Paytaxt Tehranda start götürən nümayişlər daha sonra ölkənin bir çox ybölgəsinə də yayılıb.
Ölənlərin ümumi sayı ilə bağlı rəsmi məlumat verilməsə də, Tehranda adının açıqlanmasını istəməyən bir həkimin sözlərinə görə, yalnız paytaxtdakı altı xəstəxanada əksəriyyəti güllə yaraları alan 217 etirazçının öldüyü bildirilir.