İDMAN
1 dəqiqə oxuma
160-dan çox idmançı İrlandiya-İsrail oyununu boykot etməyə çağırıb
Məktubu imzalayanlar arasında müxtəlif idman növlərinin nümayəndələri var
160-dan çox idmançı İrlandiya-İsrail oyununu boykot etməyə çağırıb
İyulda İrlandiya Futbol Assosiasiyasının Baş Assambleyası UEFA Millətlər Liqasında İsrailə qarşı oyunların boykot edilməsi təklifinin əleyhinə səs verdi. / Reuters Archive

Ən azı 160 tanınmış irlandiyalı idmançı İrlandiya Respublikasının milli futbol komandasını İsrailə qarşı keçiriləcək növbəti matçı boykot etməyə çağıran açıq məktub imzalayıb.

"İrlandiya İdmanı Fələstin Üçün" (Irish Sport for Palestine) qrupu tərəfindən “X” platformasında paylaşım edilən məktubda "Doğru addımı atmaq üçün imkanınız var", -deyə qeyd olunub.

Məktubda idmanın oyunçulara ədaləti və bərabərliyi qorumağı öyrətdiyi, lakin bu cür dəyərlərin Fələstindəki "zülmkar və ayrı-seçkilik edən addımlarla üst-üstə düşmədiyi bildirilib.

İmza atanlar arasında müxtəlif idman növlərinin nümayəndələri var.