DÜNYA
1 dəqiqə oxuma
ABŞ-İsrail birgə hava hücumları nəticəsində Tehranda Qandi xəstəxanasına zərbə endirilib
Dövlət televiziyasında yayımlanan görüntülərdə tibb bacılarının yeni doğulmuş körpələri dağılmış xəstəxanadan çıxararaq təhlükəsiz yerə köçürməyə çalışdığı əks olunub
ABŞ-İsrail birgə hava hücumları nəticəsində Tehranda Qandi xəstəxanasına zərbə endirilib
Tehranda Qandi xəstəxanasına zərbə endirilib / Reuters

İran mediasının verdiyi məlumata görə, martın 1-də həyata keçirilən hava hücumları birbaşa Tehranın şimalında yerləşən Qandi xəstəxanasını hədəfə alıb.

Dövlət televiziyasının yaydığı kadrlarda xəstəxananın fasadına ciddi ziyan dəydiyi və pəncərələrin tamamilə sındığı görünür.

Hücumdan dərhal sonra xəstəxana ətrafında təhlükəsizlik tədbirləri maksimum dərəcədə artırılıb, xüsusi tibbi qruplar isə binanın daxilində yoxlamalar həyata keçirib.

Görüntülər həmçinin tibb işçilərinin körpələri xilas etmək və onları başqa tibb müəssisələrinə yerləşdirmək üçün göstərdiyi gərgin cəhdləri nümayiş etdirir.

Bundan əvvəl İran Qırmızı Aypara Cəmiyyəti də hücumlar zamanı hədəf alınan qərargah binasını və bir neçə xəstəxananın dağılmış vəziyyətini göstərən materiallar yayımlamışdı.

ABŞ və İsrail qüvvələrifevralın 28-də İrana zərbələr endirərək Ali Rəhbər Ayətullah Əli Xamenei də daxil olmaqla bir neçə yüksək vəzifəli İran rəsmisini öldürüb. İran isə buna cavab olaraq İsrail ərazisini, ABŞ-yə məxsus aktivləri və bir neçə Körfəz ölkəsini hədəf alan genişmiqyaslı dron və raket hücumları təşkil edib.

Qeyd edək ki, İsrail və ABŞ ötən ilin iyun ayında da İrana oxşar hücumlar reallaşdırmışdı; həmin hadisə tərəflər arasında atəşkəs elan olunana qədər davam edən 12 günlük müharibə ilə nəticələnmişdi.

Araşdırma
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib
Tatarıstan Respublikasına qarşı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildi
Hindistanda daşqın nəticəsində ölənlərin sayı 100-ə çatıb
Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib
Pentaqon silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib
Paşinyan: "Ermənistan-Azərbaycan sülhü razılaşmadan bir il sonra görünən və hiss olunandır"
Rusiyanın endirdiyi zərbələr Kiyev yaxınlığında biri uşaq olmaqla üç nəfərin ölümünə səbəb olub
İƏT Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "tarixi" müdafiə sazişini alqışlayıb