İDMAN
2 dəqiqə oxuma
Məhəmməd Salah artıq "Trabzonspor" üçün qol vuracaq
“Liverpul”un keçmiş ulduz oyuncusu M.Salah artıq Türkiyə liqasında mübarizə aparacaq
Məhəmməd Salah artıq "Trabzonspor" üçün qol vuracaq
Məhəmməd Salah artıq "Trabzonspor" üçün qol vuracaq / Reuters

Türkiyənin "Trabzonspor" futbol klubu sosial media hesablarında “Liverpul”un 34 yaşlı sabiq ulduz oyuncusu Məhəmməd Salahın təyyarədə çəkilmiş görüntülərini paylaşıb. Videoda futbolçunun əynində 61 nömrəli "Trabzonspor" forması olduğu görünür. Trabzon şəhərinin nömrə nişanı kodu olan "61" həm şəhərin, həm də klubun əsas rəmzi kimi geniş istifadə olunur.

M.Salah paylaşımda bu ifadələrə yer verib: "Trabzon, hazırsınız? Sizi eşidə bilirəm. Çox yaxında görüşəcəyik. Bizim üçün hər yər Trabzondur!"

Qeyd edək ki, "Bize her yer Trabzon" ifadəsi "Trabzonspor" klubu azarkeşlərinin ən məşhur şüarlarından biridir. Bu şüar Qara dəniz klubu ilə onun şəhərdəki və bütün Türkiyəyə yayılmış azarkeşləri arasındakı güclü əlaqəni əks etdirir.

M.Salahın İstanbulda "Trabzonspor" prezidenti Ərtoğrul Doğan ilə bir araya gəlməsi gözlənilir. Məlumata görə, o, avqustun 5-də (bu gün) klub rəhbəri ilə birlikdə Trabzona yola düşəcək.

Klub əldə olunacaq müqavilənin müddəti və maliyyə şərtləri də daxil olmaqla, hələlik təfərrüatları açıqlamayıb.

Xəbər verildiyi kimi, M.Salah İngiltərə Premyer Liqası klubu “Liverpul”da  keçirdiyi doqquz ildən sonra, 2025-2026-cı illər mövsümünün sonunda "Mersisayd"lılarla yollarını ayırıb.

Misirli futbolçu "Liverpul" forması ilə çıxış etdiyi 442 matçda 257 qol vurub və 120 məhsuldar ötürmə edib. O, klubun əfsanələri olan Yan Raş və Rocer Hantdan sonra klubun bütün rəsmi yarışlarında ən çox qol vuran üçüncü oyunçusu olub. Bununla yanaşı, M.Salah "Liverpul"un Premyer Liqa tarixində ən çox qol vuran və ən çox məhsuldar ötürmə edən futbolçusu ünvanına yiyələnib.

"Enfild Road" stadionundakı çıxışı dövründə M.Salah səkkiz nüfuzlu kubok qazanıb. Bunların sırasına iki Premyer Liqa çempionluğu, UEFA Çempionlar Liqası, FİFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İngiltərə Kuboku (FA Cup) və iki Liqa Kuboku daxildir.

Fərdi göstəricilərə gəldikdə isə M.Salah Premyer Liqada dört dəfə bombardir olub. O, üç dəfə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) "İlin Futbolçusu" və üç dəfə Futbol Jurnalistləri Assosiasiyasının (FWA) "İlin Futbolçusu" mükafatına layiq görülüb.

Xatırladaq ki, 2017-ci ildə "Roma"dan "Liverpul"a transfer olunmazdan əvvəl M.Salah "Bazel", "Çelsi" və "Fiorentina" klublarında da çıxış edib.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə millisi 2026 FİFA Dünya Çempionatı turnirində sonuncu matçına çıxdı
Türkiyə FIBA 2027 Dünya Kubokunun seçmə mərhələsində liderliyini qoruyur
İran milli komandasının media heyəti ABŞ vizası ala bilməyi üçün Dünya Çempionatına gedə bilmədi
Dünya çempionatı Meksikanın qələbəsi və rəsmi açılış mərasimi ilə start götürdü
Türkiyə millisi DÇ ərəfəsində Floridada ilk məşqinə çıxdı
FIFA Dünya Çempionatında 48 ölkədən 1248 futbolçu iştirak edəcək
Türkiyə millisi artıq ABŞ-dədir
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Arda Güler UEFA Çempionlar Liqasında mövsümün debütantı seçilib
PSJ-nin Çempionlar Liqası qalibiyyətindən sonra iğtişaşlar baş verib
İran futbol komandası Dünya Kuboku üçün Türkiyədəki ABŞ nümayəndəliyinə viza üçün müraciət edib
UEFA prezidenti Türkiyənin böyük final matçlarına ev sahibliyi etmək bacarığını tərifləyib
İran milli komandası Dünya Kubokunda iştirakının FIFA-dan aslı olduğunu bildirib
Əfsanəvi güləşçi R.Kayaalp rekord qələbəyə imza atdı
FİFA prezidenti: ''İran dünya çempionatında mütləq iştirak edəcək"
İraq milli komandası 40 illik Dünya Çempionatı həsrətinə son qoydu
Türkiyə Kosovonu məğlub edərək 2026-cı il Dünya Çempionatına vəsiqə qazandı
Türkiyə millisi Rumıniyanı minimal hesabla məğlub etdi
Milli futbol komandanın beşinci üzvü də Avstraliyadakı sığınacaq müraciətini geri götürüb
“Qalatasaray” Çempionlar Liqası qarşılaşmasında “Liverpul”u məğlub etməyi bacardı