TÜRKİYƏ
1 dəqiqə oxuma
Milli Müdafiə Nazirliyi:''Türkiyə hava məkanına doğru hərəkət edən ballistik raket məhv edilib"
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçərək Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirilib
Milli Müdafiə Nazirliyi:''Türkiyə hava məkanına doğru hərəkət edən ballistik raket məhv edilib"
Milli Müdafiə Nazirliyi:''Türkiyə hava məkanına doğru hərəkət edən ballistik raket məhv edilib" / trt

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçərək Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata əsasən, zərərsizləşdirilən raketin qalıqları Türkiyənin Hatay şəhərinə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Bəyanatda bu ifadələrə yer verilib: "Haradan gəlməsindən asılı olmayaraq torpaqlarımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə qadirik. Hava məkanımızı qorumaq üçün bütün addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Ölkəmizə qarşı hər hansı bir düşmən münasibətə cavab vermək hüququmuzu xatırladırıq’’.

Bütün tərəflər münaqişənin yayılmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırılıb və bu mövzuda NATO və digər müttəfiqlərlə məsləhətləşmələrin davam etdiriləcəyi qeyd edilib.

Hadisə ilə bağlı xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon dəlaqəsi saxlayıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, telefon danışığı zamanı Hakan Fidan İrandan atıldıqdan sonra Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını qarşı tərəfə çatdırıb. Bölgədəki gərginliyə diqqət çəkən Hakan Fidan münaqişənin miqyasının genişlənməsinə səbəb olacaq hər hansı hərəkətdən çəkinməyin vacibliyini vurğulayıb.

Araşdırma
TİKA Venesuelaya humanitar yardım göndərib
Rəcəb Tayyib Ərdoğan:"NATO sammitini uğurla başa çatdırdıq"
Rəcəb Tayyib Ərdoğan slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşüb
Milli Müdafiə Nazirliyi:"Türkiyə NATO-nun etibarlı müttəfiqi olmaqda davam edəcək"
Rəcəb Tayyib Ərdoğan NATO sammitinin uğurla başa çatdığını açıqladı
NATO sammiti çərçivəsində Türkiyənin müdafiə sənayesinə həsr olunmuş panel keçirilib
Rəcəb Tayyib Ərdoğan müttəfiq ölkələrin liderlərinə müraciət edib
Ərdoğan NATO daxilində müdafiə əməkdaşlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb
Rəcəb Tayyib Ərdoğan əhəmiyyətli bəyanatlar verib
Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşüb
Türkiyə Prezidenti R.T.Ərdoğan amerikalı həmkarı Donald Trampı qarşıladı
NATO Türkiyənin də yer aldığı irimiqyaslı beynəlxalq müdafiə layihələrini açıqlayıb
Türkiyədə NATO-nun 36-cı sammiti başladı
R.T.Ərdoğan NATO sammiti çərçivəsində ikitərəfli görüşlər keçirəcək
Hakan Fidan İsrailin zədələnmiş imicini düzəltmək üçün yeni düşmən axtarışında olduğunu bildirib
Ərdoğan Meloni ilə telefon danışığı aparıb
Türkiyə Dəməşqdə törədilən hücumu pisləyib
Yunanıstan mətbuatı: "İsrail Türkiyənin NATO-da artan nüfuzundan narahatdır"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib
İbrahim Kalın Kərkükdə türkmən lidərləri ilə yüksək səviyyəli danışıqlar aparıb