Türkiyənin xarici işlər naziri Ukrayna ilə bağlı iclasda iştirak edib

Hakan Fidan Ukrayna mövzusuna həsr olunmuş onlayn iclasda çıxış edərək Türkiyənin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bağlılığını vurğulayıb, Ankaranın qeyd-şərtsiz atəşkəsə dəstəyini ifadə edib

Fidan reiterated Ankara's support for establishing an unconditional ceasefire in the conflict and backing efforts aimed to achieve it. / AA

Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edərək Ukrayna ilə bağlı keçirilmiş “Könüllülər koalisiyası”nın iclasında iştirak edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Fidan mayın 9-da onlayn formatda baş tutmuş iclasda etdiyi çıxışda Türkiyənin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini bir daha bəyan edib.

H. Fidan qarşıdurmada qeyd-şərtsiz atəşkəsin təmin olunmasının və bu istiqamətdə göstərilən səylərə rəsmi Ankaranın dəstəyinin davamlı olduğunu qeyd edib.

O, həmçinin münaqişənin dördüncü ilinə qədəm qoyduğu bir vaxtda atəşkəsin təmin olunacağı təqdirdə, həmin atəşkəsə nəzarət məsələsində Türkiyənin üzərinə düşən öhdəliyi yerinə yetirməyə hazır olduğunu ifadə edib.