DÜNYA
2 dəqiqə oxuma
Liviyanın Baş naziri: Tripolidə silahlı toqquşmalar dayandırılıb
Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalardan sonra təhlükəsizlik bərpa edilib
Liviyanın Baş naziri: Tripolidə silahlı toqquşmalar dayandırılıb
Liviya / AFP

Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalardan sonra təhlükəsizlik bərpa edilib. Ən azı 6 nəfər həyatını itirərkən, Baş nazir Dibeybe dövlət hakimiyyətinin bərpa olunduğunu açıqlayıb.

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe bildirib ki, paytaxt Tripolidə baş verən silahlı toqquşmalardan sonra təhlükəsizlik bərpa olunub.

Təcili tibbi yardım xidmətləri AFP xəbər agentliyinə toqquşmalarda azı 6 nəfərin öldüyünü, yerli media isə ölənlər arasında silahlı qruplaşmanın liderinin olduğunu bildirib. Təcili Tibbi Yardım və Dəstək Mərkəzi həmçinin "Tripolinin Əbu Səlim bölgəsindəki münaqişə bölgələrindən altı cəsədin çıxarıldığını" qeyd edib.

Liviya mediasının məlumatına görə, mayın 12-də paytaxtın Salahəddin və Əbu Səlim məhəllələrində Prezident Şurasının Sabitliyə Dəstək Bölməsinin rəhbəri Abdel Qani əl-Kiklinin ölümündən sonra zorakılıqlar başlayıb.

Dibeybe "X" platformasında etdiyi paylaşımda deyib: "Daxili İşlər və Müdafiə Nazirliklərini, ordunu və polisi paytaxtda təhlükəsizliyin bərpasında və dövlət hakimiyyətinin qurulmasında əldə etdikləri böyük uğurlara görə təbrik edirəm".

Baş nazir həmçinin bildirib ki, əldə olunan uğurlar dövlət qurumlarının milləti müdafiə etmək, xalqın ləyaqətini qorumaq gücünü nümayiş etdirir.

Baş nazir “Liviyada qeyri-qanuni qrupların mövcudluğuna son qoyulması və yalnız dövlət qurumlarının olması və qanunun aliliyi hökm sürməlidir” çağırışı edib.

Yerli media orqanları Liviya "Al Ahrar" telekanalı da daxil olmaqla Kiklinin ölümündən sonra paytaxtda arabir atəş səslərinin eşidildiyini, Müdafiə Nazirliyinə bağlı 444-cü Briqadanın isə milis qüvvələri ilə toqquşmalarda iştirak etdiyi bildirilib.

Liviya Müdafiə Nazirliyi Əbu Səlim məhəlləsini tam nəzarətə götürdüyünü təsdiqləyib və toqquşmalara nəzarət əməliyyatının “uğurla başa çatdığını” açıqlayıb.

Liviya 2022-ci ildən bəri davam edən siyasi bölünmənin səbəb olduğu fasilələrlə təhlükəsizlik böhranları ilə üzləşməyə davam edir.

Qeyd edək ki, rəqib hökumət ölkədə hakimiyyət iddiasındadır. Bir tərəfdən Tripolidə Dibeybenin rəhbərlik etdiyi beynəlxalq səviyyədə tanınan Liviya Milli Birlik Hökuməti qərbə nəzarət edir, digər tərəfdən isə Benqazidə yerləşən və Nümayəndələr Palatasının təyin etdiyi Usamə Hammadın rəhbərlik etdiyi paralel hökumət ölkənin şərqinə və cənubdakı bəzi şəhərlərə nəzarət edir.

Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında ümummilli seçkilərin keçirilməsi ilə bağlı uzun illər davam edən səylər dalana dirənmiş, ölkənin siyasi parçalanmasını və silahlı qarşıdurmanı uzadıb.

Araşdırma
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Misirdə baş verən qatar qəzasında yeddi nəfər ölüb, 112 nəfər yaralanıb
Qətər Əmiri və ABŞ Prezidenti arasında telefon danışığı olub
NATO-Ukrayna Şurası Brüsseldə fövqəladə iclas keçirib
Berni Sanders: "İranla müharibə qanunsuz və konstitusiyaya ziddir"
İsrailin son 24 saatda Qəzzaya təşkil etdiyi hücum nəticəsində 3 nəfər həlak oldu
Avropa İttifaqı böhranlara qarşı hazır olmaqla bağlı çağırış edib
Pakistanda iki polis silahlı hücum nəticəsində həlak olub
Malayziya Myanmara göndərilən şəxslərin saxlanılması ilə bağlı hökumətdən izahat tələb edəcək
ABŞ-də Konqresə aralıq seçkiləri keçirilir
28 il əvvəl Çilidən yola çıxan səyyah yürüşünü Böyük Britaniyada başa vurdu
İsrailin Qəzzaya hücumları nəticəsində daha 7 fələstinli həlak oldu
Zelenski Rusiyanın hücumunda ölənlərin sayının 26-ya çatdığını bildirib
Myanma ordusunun Rakhayn ştatına endirdiyi zərbələr nəticəsində 15 mülki şəxs həlak olub
Əfqanıstan ABŞ-ın əfqan miqrantları Pakistana deportasiya etmək planından narahatdır
Venesuela ordusu Kolumbiya üsyançılarına məxsus düşərgəyə hava zərbəsi endirib
İsrail ordusu mühasirə və hücumlardan sonra Əl-Xəlildən çəkilib
Rusiya-Ukrayna müharibəsi Qara dənizdə 120 min delfinin ölümünə səbəb olub
Volodimir Zelenski: "Türkiyədə mühüm danışıqlar keçiriləcək"