DÜNYA
2 dəqiqə oxuma
İsrailin Qəzzada “atəşi kəsməməsi” 97 fələstinlinin həyatına son qoyub
İsrail dinc əhaliyə birbaşa atəş, artilleriya atəşi, qəsdən hədəfə alma, yanğın törətmə və mülki şəxslərin həbsi də daxil olmaqla, atəşkəs rejiminin pozulmasına yol verib
İsrailin Qəzzada “atəşi kəsməməsi” 97 fələstinlinin həyatına son qoyub
Qəzza
20 oktyabr 2025

Qəzza rəsmilərinin bildirdiyinə görə, oktyabrın 10-da Qəzzada atəşkəsin qüvvəyə minməsindən sonra İsrail qüvvələri tərəfindən azı 97 fələstinli öldürülüb, 230 nəfər yaralanıb. Rəsmilər təkcə oktyabrın 19-da 21 pozuntunun qeydə alındığını bildirib.

Qəzza Hökumətinin Media Ofisindən verilən açıqlamada “İsrail işğalçı qüvvələri atəşkəsdən sonra beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq, 80 sənədləşdirilmiş pozuntu törədib” ifadəsi işlədilib.

Bəyanatda qeyd olunub ki, pozuntular müxtəlif formalarda olub, o cümlədən mülki şəxslərə birbaşa atəş, mərmi atma, qəsdən hədəf alma, “yanğın halqaları” yaratmaq və mülki şəxslərin həbsi.

Açıqlamaya görə, İsrail qüvvələri hücumları həyata keçirmək üçün hərbi maşınlar, yaşayış məntəqələrinin kənarında yerləşən tanklar, uzaqdan hədəf alma sistemləri ilə təchiz edilmiş elektron kranlar, təyyarələr və kvadrokopter pilotsuz uçuş aparatlarından istifadə edib.

Qəzza Hökumətinin Media Ofisi bildirib: "Bu pozuntular Qəzzanın bütün valiliklərində qeydə alınıb və işğalın atəşkəs rejiminə əməl etmədiyini, xalqımıza qarşı qətl və terror siyasətini davam etdirdiyini təsdiqləyir”.

Qəzza hökuməti pozuntulara görə tamamilə İsrail qüvvələrinin məsuliyyət daşıdığını bildirib və Birləşmiş Millətlər Təşkilatını və razılaşmanın qarant tərəflərini onları dayandırmaq üçün təcili müdaxilə etməyə çağırıb.

ABŞ prezidenti Donald Trampın təklif etdiyi plan əsasında Fələstinin HƏMAS qrupu ilə İsrail arasında atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.

Müqavilə İsrail qüvvələrinin mərhələli şəkildə çıxarılmasını, qarşılıqlı əsir mübadiləsini və humanitar yardımın dərhal çatdırılmasını nəzərdə tutur.

Atəşkəs İsrailin 68 mindən çox fələstinlinin ölümünə, 170 minə yaxın insanın yaralanmasına və Qəzzanın infrastrukturunun məhvinə səbəb olan Qəzzaya qarşı iki illik müharibəsinə son qoymaq məqsədi daşıyır.

Araşdırma
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi