DÜNYA
2 dəqiqə oxuma
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib
Rusiyanın TASS xəbər agentliyi Lavrovun İtaliyanın ‘‘Corriere della Sera’’ qəzetinə verdiyi müsahibəni yayımlayıb
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib / Reuters

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukraynadakı münaqişəni gərginləşdirə biləcək hər hansı bir addım atmaqdan çəkinəcəyinə ümid etdiyini bildirib və Prezident Donald Trampın uzun müddətdir Moskva ilə birbaşa dialoqun tərəfdarı olduğunu vurğulayıb.

Rusiyanın TASS xəbər agentliyi Lavrovun İtaliyanın ‘‘Corriere della Sera’’ qəzetinə verdiyi müsahibəni yayımlayıb. Lavrov müsahibə zamanı Trampın Rusiyanın Ukrayna ilə bağlı mövqeyini tam başa düşməyə çalışdığını və davamlı dinc həll yoluna sadiq olduğunu qeyd edib.

“Biz sağlam düşüncəyə güvənirik və inanırıq ki, Vaşinqtonda bu mövqe qorunacaq və münaqişəni yeni səviyyəyə qaldıra biləcək hərəkətlərdən çəkinəcəklər,” – deyə Sergey Lavrov bildirib.

TASS-ın məlumatına görə, İtaliya qəzeti müsahibəni dərc etməkdən imtina edib.

Lavrov həmçinin bildirib ki, Tramp Rusiyanın hərəkətlərinin bir səbəblərindən birinin NATO-nun genişlənməsi və alyansın infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması olduğunu etiraf edib.

Tramp və Putin avqust ayında Alyaskada görüşüblər. Lavrov oktyabrın 20-də ABŞ dövlət katibi Marko Rubio ilə mümkün yeni sammit barədə telefon əlaqəsi saxlayıb, lakin Tramp daha sonra həmin görüşü ləğv etdiyini açıqlayıb.

ABŞ Prezidenti qüvvələrin mövqelərində qalması şərtilə Ukraynada dərhal atəşkəs çağırışlarını dəstəkləyib, lakin rәsmi Moskva Kiyevin ərazi iddialarından imtina etməli olduğunu bildirib.

Lavrov Avropa hökumətlərini sülh səylərini pozmaqda günahlandırıb. O, Avropanın “bütün sülh təşəbbüslərini sabotaj etdiyini və Moskva ilə birbaşa təmasdan imtina etdiyini” söyləyib. Lavrov bildirib ki, Rusiya “rusofob isteriya’’ bitdikdən sonra Avropa ilə yenidən əlaqə qurmağa hazır olacaq.

Bu arada, Avropa liderləri Rusiyanı Avropa demokratiyalarına qarşı “hibrid müharibə” aparmaqda ittiham edirlər. Ukraynanı dəstəkləyən Aİ ölkələri isə sanksiyaların 19-cu paketi barədə razılığa gəlib və Kiyevə əlavə maliyyə dəstəyi vermək üçün borc və ya dondurulmuş Rusiya aktivlərindən istifadə barədə müzakirələr aparırlar.

Araşdırma
Rusiyanın Krasnodar bölgəsinə PUA hücumundan sonra neft emalı zavodunda yanğın baş verib
Oman sahillərində neft tankeri vurulub
Nikol Paşinyan yaxın gələcəkdə Aİ-yə üzvlük üçün müraciət edəcəklərini bildirib
İsrail ordusu Suriyanın cənubuna yeni hərbi müdaxilə həyata keçirib
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 73 420-yə çatıb
V. Zelenski Permdəki neft emalı zavodunun vurulduğunu açıqlayıb
İndoneziya və Çin xarici işlər nazirləri Cakartada görüşüblər
BMT məruzəçisi fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrailə reaksiya göstərib
Yaponiyada oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhkum edam edildi
İsrail qüvvələri Cenində bir fələstinlini də qətlə yetirib
Nigeriyada qayığın batması nəticəsində 52 nəfər ölüb
Antonio Quterreş Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumlarını kəskin pisləyib
Pakistan və Suriya ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər
Qəzzada xərçəng xəstələri isti havada və çadır şəraitində həyatda qalmaq üçün mübarizə aparırlar
İsveçrə Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib
Rusiya: Kiyevin mövqeyi böhranın sülh yolu ilə həlli ehtimalını zəiflədir
İsrail gecə saatlarında Livanın cənubuna hava zərbələri endirib
İsrail iki ildən çox inkardan sonra 5 yaşlı Hind Rəcəbi öldürdüyünü etiraf edib
İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə çatıb
İsrailin polis məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb