Konqoda qayığın batması nəticəsində 70 nəfər itkin düşüb

Bu barədə yerli media orqanları məlumat yayıb

By
Konqoda qayığın batması nəticəsində 70 nəfər itkin düşüb / AA

Konqoda 120 nəfəri daşıyan qayığın batması nəticəsində 70 nəfərin itkin düşdüyü bildirilir.

Yerli media orqanlarının məlumatına görə, hadisə Konqo Demokratik Respublikasının mərkəzində yerləşən Kasai əyalətində baş verib.

BMT radiosu xəbər verib ki, qayıq Bena Dibele limanından paytaxt Kinşasaya 800 kilometrdən çox məsafə qət edirmiş və Sankuru çayında yaranan güclü fırtına səbəbindən batıb.

Yerli rəsmi Fransois Ahoka bildirib ki, gəmidə təxminən 120 nəfər olub. İndiyə qədər təxminən 50 nəfər xilas edilib və itkin düşmüş şəxslərin axtarışı davam edir.

F. Ahoka xilasetmə qruplarının üzləşdiyi çətinlikləri vurğulayaraq ailələri xilas edilənlərin şəxsiyyətini müəyyən etmək və cəsədləri tapmaq üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlamağa çağırıb.

Qeyd olunur ki, Konqo Demokratik Respublikasında yollar çox vaxt keçilməz olduğundan ölkədə nəqliyyat əsasən su yolu ilə həyata keçirilir.