Qlobal enerji böhranı narahatlıqları artarkən, İran neft infrastrukturunu hədəf almağa davam edir
Bazarlar dünyanın neft ehtiyatının təxminən beşdə birini daşıyan bu marşrutu təhdid edən Hörmüz boğazı yaxınlığındakı hücumlar səbəbindən gərginliyini qoruyur
İsrail və İran bu gün erkən saatlarda qarşılıqlı olaraq hücumlarına davam etdiriblər. Tehran bölgədəki neft sənayesinə yönəlmiş təzyiqini davam etdirərkən, Hörmüz boğazında bir gəmini vurub və infrastrukturu hədəf alıb. Qlobal enerji böhranı narahatlıqları artarkən, İran bu hücumları davam etdirib.
İran dünya neftinin təxminən beşdə birinin Körfəzdən Hind okeanına daşındığı, sahil zolağının açığında yerləşən dar boğazdan keçən gəmi hərəkətini faktiki olaraq dayandırıb. Bundan əlavə, ABŞ və İsraili apardıqları müharibəni sona çatdırmağa məcbur etmək üçün və qlobal iqtisadi çətinlik yaratmağı hədəfləyən bir strategiyanın tərkib hissəsi olaraq Körfəz ərəb ölkələrindəki neft sahələrini və neft emalı zavodlarını hədəf alır.
Küveyt bu gün erkən saatlarda müdafiə sistemlərinin ölkə üzərində səkkiz İran pilotsuz uçuş aparatını (PUA) vurduğunu, Səudiyyə Ərəbistanı isə krallığın geniş Şeybah neft sahəsinə doğru gedən beş PUA-nı zərərsizləşdirdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində, Hörmüz boğazında bir konteyner gəmisinə raket dəyib.
28 fevralda ABŞ ilə birlikdə İrana qarşı müharibəyə başlayan İsrai bir gün əvvəl baş verən və bölgə sakinlərinin müharibə dövründəki ən ağır hücumlardan biri olduğunu dediyi çoxsaylı hücumların ardından Tehrana yeni bir hücum dalğası başlatdığını bildirib. İsrailin Hizbullah ilə əlaqəli hədəflərə qarşı yeni bir hücum başladığını açıqlamasından sonra Beyrut və cənub Livan da partlayış səsləri eşidilib.
İran İsrail və Körfəz ərəb ölkələrinə çox sayda raket fırladıb
İsrail bu gün erkən saatlarda İranın ölkə daxilində həyata keçirdiyi üç hücum barədə xəbərdarlıq edibi; Təl-Əviv və digər yerlərdə sirenalar eşidilib, lakin hər hansı can itkisi bildirilməyib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin şərqindəki vacib bir ABŞ və Səudiyyə müəssisəsi olan Şahzadə Sultan hava bazasına tərəf atılan altı ballistik raketi məhv etdiyini bildirib. Nazirlik həmçinin, şərq əyalətində mühüm bir şəhər olan Hafar əl-Batin üzərində iki PUA-nı da sıradan çıxardığını açıqlayıb.
İngiltərə ordusu tərəfindən idarə olunan izləmə saytına görə, İran Hörmüz boğazında BƏƏ-nin boğaz üzərində ən şimalda yerləşən Ras əl-Xeymə əmirliyi sahillərində bir konteyner gəmisinə raket isabət etdirib.
Sayt "zərərin miqyası hazırda məlum deyil, lakin ekipaj tərəfindən araşdırılır," - deyə bildirib.
Birləşmiş Ərəb Əmirlikləri bu gün erkən saatlarda ölkənin hava müdafiəsinin İran hücumlarını dəf etmək üçün cəhd etdiyini bildirib. Biznes və səyahət mərkəzi Dubaya ev sahibliyi edən varlı Körfəz ölkəsi İranın hücumlarında altı nəfərin öldüyünü və 122 nəfərin yaralandığını açıqlayıb.
Bəhreyn bu gün erkən saatlarda gözlənilən İran hücumu barədə xəbərdarlıq edərək sirenları işə salıb. Xəbərdarlıqlar paytaxt Manamada bir yaşayış binasına təşkil edilən və 29 yaşlı bir qadının ölümünə, səkkiz nəfərin isə yaralanmasına səbəb olan İran hücumundan bir gün sonra baş verib.
Neft qiymətləri
Neft qiymətləri martın 9-da çatdığı zirvə nöqtələrindən xeyli aşağı qaldı, lakin beynəlxalq standart olan Brent markalı xam neftin qiyməti müharibənin başladığı günə nisbətən hələ də təxminən 20 faiz daha yüksəkdir. Dünya miqyasındakı istehlakçılar artıq yanacaqdoldurma məntəqələrində bunun təsirini hiss edirlər.
Neft qiymətlərindəki bu artım müharibənin qlobal neft və təbii qaz axınını uzun müddət əngəlləyə biləcəyi narahatlıqları səbəbindən dünya miqyasındakı maliyyə bazarlarını sarsıdır.
Səudiyyə Ərəbistanının neft nəhəngi “Aramco”nun rəhbəri və icraçı direktoru Amin Nasser axşamı verdiyi açıqlamada neft tankerlərinin boğazdan keçə bilməməsinin "qlobal iqtisadiyyat üzərində ciddi təsiri olacağı" barədə xəbərdarlıq edib.
ABŞ ordusu martın 10-da Hörmüz boğazı yaxınlığında İranın 16 ədəd mina döşəyən gəmisini məhv etdiyini iddia edib, lakin ABŞ prezidenti Donald Tramp sosial media paylaşımlarında ekspertlərin müharibədən əvvəl xəbərdarlıq etdiyi kimi, İranın boğazı minaladığına dair məlumat olmadığını söyləyib.
Livanda öldürülən təxminən 500 nəfərə əlavə olaraq, İran bu ölkədə 1 300-dən çox insanın öldüyünü, İsrail isə 12 nəfərin öldüyünü bildirib.
ABŞ yeddi əsgərini itirib, səkkiz əsgər isə ağır yaralanıb.
İngiltərə Xarici İşlər Nazirliyinin məlumatına görə, müharibənin başlamasından bəri bir çox xarici ölkə vətəndaşı Körfəz bölgəsini tərk edib; bunların arasında 45 mindən çox Britaniya vətəndaşı da var. ABŞ Dövlət Departamentinin məlumatına görə isə, təxminən 40 min nəfər də Amerika Birləşmiş Ştatlarına geri dönüb.