SİYASƏT
1 dəqiqə oxuma
İranın raket zərbələri İsraildə binalara ziyan vurub, yanğınlara səbəb olub
Bu barədə səlahiyyətlilərin yaydığı məlumatda bildirilib
İranın raket zərbələri İsraildə binalara ziyan vurub, yanğınlara səbəb olub
/ AP
 

İrandan atılan raketlər İsrailin bir neçə bölgəsinə düşərək yanğınlara səbəb olub və binalara ciddi ziyan vurub. Hücum zamanı İsrailin hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını tam ala bilməyib.

İsrail Ordusu Radiosunun verdiyi məlumata görə, İrandan atıldığı ehtimal edilən bir neçə raket İsrail ərazisinə düşüb. Ordu raketlərin dəqiq olaraq hansı bölgələrə düşdüyünü açıqlamasa da, “Israel Hayom” qəzeti Qüds və Tel-Əviv yaxınlığındakı Şaron bölgəsinə azı iki raketin düşdüyünü yazıb.

‘‘Kanal 12’’ telekanalı raket zərbələrinin İsrailin mərkəzində yerləşən bir binaya ziyan vurduğunu və yanğınsöndürənlərin yanan 20 avtomobilə müdaxilə etdiyini bildirib. Raket parçalarının İsrailin şimalında yerləşən bir binaya düşdüyü qeyd edilib.

Cümə günü İsrailin İranın bir neçə hərbi və nüvə obyektinə endirdiyi hava zərbələrinə cavab olaraq Tehran raket hücumlarına başlayıb. Bu hücumlar nəticəsində bölgədə gərginlik daha da artıb.

İsrail rəsmiləri İranın raket zərbələri nəticəsində azı 24 nəfərin öldüyünü, yüzlərlə insanın isə yaralandığını açıqlayıb. İran tərəfi isə İsrailin hücumları nəticəsində ən azı 224 nəfərin öldüyünü, 1000-dən çox insanın yaralandığını bildirib.

Araşdırma
Vladimir Putin və Donald Tramp Ukrayna böhranını müzakirə ediblər
Donald Tramp Çində səfərdədir
Finlandiya prezidenti A.Stubb Türkiyəni NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb
Le Pen prezident seçiləcəyi təqdirdə Ukraynaya yardımları dayandıracağını bildirib
Pakistan regional əlaqələri gücləndirmək üçün "etimad və inam" çağırışı etdi
Əraqçi: "Regional blok İranın Hörmüz boğazını iki gün müddətinə açmaq planını dəstəkləyir"
K.Kallas Rusiyanın danışıqlar üçün irəli sürdüyü tələbləri "cəfəngiyat" adlandırıb
İran ABŞ ilə aralarındakı "nə müharibə, nə sülh" status-kvosunu rədd edir
V.Putin, Si və D.Tramp noyabrın 19-da üçtərəfli zirvə görüşü keçirəcəklər
Almaniya Ukraynaya 200 milyon avro maliyyə yardımı ayıracaq
Rusiya və Ukrayna Avropanın danışıqlara qoşulması barədə razılığa gəlib
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Bəhreyndəki radar sistemini hədəf alıb
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə səfər edib
“Həmas” Qəzza üzrə Sülh Şurasını bölgədəki daşqın böhranını görməzdən gəlməkdə günahlandırıb
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ-yə xəbərdarlıq edib
İsxak Hersoq Trampın İsrailə yardımı dayandırmaq qərarına münasibət bildirib
Volodimir Zelenski Trampın xüsusi nümayəndələri ilə telefon danışığı apardığını açıqlayıb