Hakan Fidan:"Bölgəni böhrana sürükləyən tərəf İsraildir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgəni görünməmiş böhrana sürükləyən tərəfin məhz İsrail olduğunu bəyan edib

By
Hakan Fidan:"Bölgəni böhrana sürükləyən tərəf İsraildir" / AA

Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgəni görünməmiş böhrana sürükləyən tərəfin məhz İsrail olduğunu bəyan edib. Dohada Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani ilə görüşən Hakan Fidan keçirilən birgə mətbuat konfransında ABŞ-İsrail hücumlarının əhatə dairəsinin genişlənməsinin qlobal sabitliyi pozduğunu vurğulayıb. Mülki infrastrukturu hədəf alan hücumları qətiyyətlə qınayan nazir Türkiyənin hər zaman qardaş Qətərin yanında olduğunu bildirib.

Hakan Fidan eyni zamanda Tehrana da aydın mesaj göndərərək İranın bölgə ölkələrinə qarşı hücumlarının qəbuledilməz olduğunu və regional sabitliyi zəiflətdiyini qeyd edib. O, hər iki tərəfin addımlarını səhv adlandıraraq, İranı "tarixi məsuliyyət" hissi ilə hərəkət etməyə və eskalasiyanı dayandırmağa çağırıb. Nazir həmçinin dəniz təhlükəsizliyinə qarşı hərəkətlərin qlobal ticarət və enerji marşrutları üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib.

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani də müharibənin dərhal dayandırılması üçün təmkinli olmağa çağırıb. O, diplomatiyanın yeganə həll yolu olduğunu vurğulayaraq, İranın ABŞ bazalarını hədəf almasını "əsassız" adlandırıb və Ras Laffana mümkün hücumun qlobal enerji təchizatına ağır zərbə vura biləcəyini deyib. Qətərli rəsmi həmçinin Ankaraya verdiyi davamlı dəstəyə görə təşəkkür edib.