SİYASƏT
1 dəqiqə oxuma
Pakistan İsrailin Livana hücumlarını qəti şəkildə pisləyib
Pakistan İsrailin Livana qarşı həyata keçirdiyi hava hücumlarını beynəlxalq hüququn və humanitar prinsiplərin ciddi pozulması kimi qiymətləndirərək qətiyyətlə pisləyib
Pakistan İsrailin Livana hücumlarını qəti şəkildə pisləyib
Pakistan İsrailin Livana hücumlarını qəti şəkildə pisləyib / Reuters
13 saat əvvəl

Pakistan İsrailin Livana qarşı həyata keçirdiyi hava hücumlarını beynəlxalq hüququn və humanitar prinsiplərin ciddi pozulması kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İsrailin davam edən hərbi hərəkətlərinin regionda sülh və sabitliyə yönəlmiş beynəlxalq səyləri təhlükə altına qoyduğu vurğulanıb. Rəsmi İslamabad beynəlxalq ictimaiyyəti bu hücumlara son qoymaq üçün dərhal və konkret addımlar atmağa çağırıb.

Pakistan həmçinin Livan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirərək bu çətin dövrdə ölkənin suverenliyini, ərazi bütövlüyünü və sabitliyini dəstəklədiyini vurğulayıb.

Qeyd olunur ki, İsrailin son hücumları İran və ABŞ arasında elan olunan iki həftəlik atəşkəsdən sonra həyata keçirilib. Atəşkəsin məqsədi ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı və minlərlə insanın həyatına son qoyan müharibəni dayandıracaq yekun sülh sazişinə zəmın yaratmaq idi.

Xatırladaq ki, atəşkəsə dair razılaşma ABŞ Prezidenti Donald Trampın İrana verdiyi son möhlətdən cəmi iki saat əvvəl əldə olunub.