Rusiyanın paytaxtında partlayış hadisəsi törədilib: həlak olanlar var

İki polis əməkdaşı, bir mülki və bir şübhəli şəxsin həyatını itirdiyi ölümcül partlayışla bağlı istintaq davam edir

By
Rusiyanın paytaxtında partlayış hadisəsi törədilib: həlak olanlar var / AP

Rusiya İstintaq Komitəsinin məlumatına görə, dekabrın 24-də (bu gün) Rusiyanın paytaxtı Moskvada iki polis əməkdaşı, bir mülki və bir şübhəli şəxsin həlak olmasıyla nəticələnən partlayış hadisəsi baş verib. Bildirilir ki, insident səhərə yaxın Yeletskaya küçəsində polis avtomobilinin yaxınlığında baş verib.

TASS xəbər agentliyinin məlumatına əsasən, müstəntiqlər polis əməkdaşlarının patrul avtomobillərinin yaxınlığında şübhəli bir şəxsi fərq etdiklərini və partlayışdan az əvvəl onu saxlamaya cəhd göstərdiklərini bildirib.

Açıqlamada qeyd olunub ki, polis əməkdaşları şübhəli şəxsə yaxınlaşarkən partlayıcı qurğu işə düşüb. Nəticədə iki polis əməkdaşı və yaxınlıqda olan bir nəfər həlak olub. Partlayış zamanı şübhəli şəxs də ölüb.

Hadisə bu həftənin əvvəlində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Fanil Sarvarovun avtomobilinin altında partlayıcı qurğunun işə düşməsi nəticəsində öldüyü əraziyə yaxın bir məkanda baş verib. Bu isə Moskvada təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

Rusiya rəsmiləri faktla bağlı cinayət işi başladıldığını açıqlayıb. Bildirilib ki, məhkəmə-tibbi ekspertiza qrupları hadisə yerində genetik, tibbi və partlayıcı maddələrlə bağlı araşdırmalar aparır.

Həmçinin qeyd dilib ki, müstəntiqlər partlayıcı qurğunun hansı üsulla işə salındığını müəyyənləşdirmək üçün müşahidə kameralarının görüntülərini təhlil edir və hadisənin şahidlərini dindirirlər.