2023-cü il oktyabrın 7-dən bu yana İsrail əsgərləri və qeyri-qanuni israilli köçkunlər tərəfindən fələstinlilərə, onların torpaqlarına və mülklərinə qarşı təxminən 63 min hücum həyata keçirilib.
Məlumata əsasən, bu dövrdə İsrail əsgərləri 48 174, qeyri-qanuni israilli köçkunlər isə 14 742 hücum törədiblər. Ən çox hücum faktı Xəlil, Ramallah-əl-Birə, Nablus və Qüds şəhərlərində qeydə alınıb.
Qeyri-qanuni israilli köçkunlərin hücumları nəticəsində 66 fələstinli həyatını itirib. Bu müddət ərzində fələstinlilərə məxsus mülklər 1182 dəfə yandırılıb, təxminən 100 mini zeytun ağacı olmaqla 147 111 ağac məhv edilib. Həmçinin kəndlərə qarşı 376 hücum təşkil olunub, 211 yeni qeyri-qanuni məskunlaşma yeri salınıb.
İsrail əsgərləri və hakimiyyəti isə 1894-ü ev olmaqla ümumilikdə 5 059 tikili və obyekti dağıdıblar. Ən çox dağıntı Qüdsdə qeydə alınıb, 2133 tikili üçün söküntü və ya tikintinin dayandırılması qərarı çıxarılıb.
İordan çayının qərb sahili və Qüdsdə on minlərlə evdən ibarət 415 məskunlaşma planı hazırlanıb, Şərqi Qüdsdəki "E1" layihəsi də daxil olmaqla 15 760 yeni evin tikintisi üçün 97 tender elan olunub.























