TÜRKİYƏ
2 dəqiqə oxuma
İrana qarşı müharibə davam edərkən Türkiyə hava məkanını qorumaq üçün "Patriot" sistemi hazırlayır
Türkiyə Müdafiə Nazirliyi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlar apardığı bir vaxtda, Türkiyə Silahlı Qüvvələrinin hava və raket müdafiəsini gücləndirmək...
İrana qarşı müharibə davam edərkən Türkiyə hava məkanını qorumaq üçün "Patriot" sistemi hazırlayır
"Patriot" sistemləri / AA
2 saat əvvəl

Türkiyə Müdafiə Nazirliyi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlar apardığı bir vaxtda, Türkiyə Silahlı Qüvvələrinin hava və raket müdafiəsini gücləndirmək məqsədilə NATO ilə koordinasiyalı fəaliyyətə başladığını açıqladı.

Türkiyə regional gərginliklər fonunda ölkənin hava məkanını qorumaq üçün NATO ilə birgə səylərin tərkib hissəsi olaraq, ölkənin şərqində “Patriot” hava hücumundan müdafiə sistemlərinin əməliyyata hazır vəziyyətə gətirildiyi bildirilib.

Milli Müdafiə Nazirliyi bu gün yaydığı bəyanatda bildirib ki, Türkiyə Silahlı Qüvvələri son regional inkişaflar qarşısında ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək əzmindədir.

Sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyi üçün zəruri tədbirlərin görüldüyü, bu prosesdə NATO və müttəfiqlərlə məsləhətləşmələrin aparıldığı vurğulanıb.

Bəyanatda qeyd olunub ki, milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, alyansın regional müdafiə mövqeyi və NATO tərəfindən həyata keçirilən hava və raket müdafiəsi tədbirləri artırılıb. Bu çərçivədə, hava məkanımızın qorunmasına dəstək məqsədilə təyin olunmuş “Patriot” sistemi 2012-ci ildən bəri ballistik raketləri aşkar etmək üçün NATO-nun erkən xəbərdarlıq radar stansiyasının yerləşdiyi Malatya vilayətində yerləşdirilib.

Artıq əməli fəaliyyətə başlayan sistemlər martın 9-da İrandan atılan və Türkiyə istiqamətinə yönələn daha bir raketi sıradan çıxarılıb. Bu, son bir həftə ərzində İran raketlərinin Türkiyə hava məkanını təhdid etdiyi ikinci hal kimi qeydə alınıb.

Rəsmi Ankara təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə saxlayır

Nazirlik vurğulayıb ki, Türkiyə müdafiə və təhlükəsizlik məsələləri üzrə NATO ilə sıx koordinasiyanı davam etdirəcək, regional sülh və sabitlik naminə inkişafları müttəfiqləri ilə birlikdə qiymətləndirəcəkdir.

Bu açıqlama ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində yaranmış kəskin regional gərginlik dövrünə təsadüf edir.

Gərginlik 28 fevralda başlayan birgə hücumlar və ali lider Əli Xamenei də daxil olmaqla təxminən 1 300 insanın həlak olmasından sonra daha da dərinləşib.

İran isə buna cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrinə pilotsuz təyyarə və raketlərlə hücumlar təşkil edib.

Həmçinin, 1 mart tarixində qlobal neft ticarətinin 20 faizinin və mayeləşdirilmiş təbii qazın daşındığı strateji Hörmüz boğazının bağlandığı elan edilib.

Bu strateji su yolu normal şərtlərdə gündəlik təxminən 20 milyon barrel neft daşınmasına və qlobal mayeləşdirilmiş təbii qaz ticarətinin təqribən 20 faizinə ev sahibliyi edir.