SİYASƏT
2 dəqiqə oxuma
Rusiyanın Kiyevə raket hücumunda 12 nəfər həlak olub
Paytaxtın səkkiz rayonunda dağıntılar qeydə alınıb, ölənlər arasında üç uşaq da var
Rusiyanın Kiyevə raket hücumunda 12 nəfər həlak olub
Kiyev
28 avqust 2025

Rusiyanın raket və pilotsuz uçuş aparatları (PUA) paytaxt Kiyevdəki yaşayış binalarını hədəf alıb. Bu hücumlar nəticəsində təxminən12 nəfər həyatını itirib, 48 adam isə yaralanıb. Ukrayna prezidenti Volodimir Zelenski bu hücumu sülh danışıqlarına açıq hörmətsizlik kimi dəyərləndirib.

Kiyev Şəhər Hərbi İdarəsi (KMVA) ölən və yaralananların sayını təsdiqləyib. KMVA rəhbəri Timur Tkaçenko açıqlamasında ölənlərin sayının 12-yə çatdığını, aralarında 2, 14 və 17 yaşlarında üç uşağın da olduğunu bildirib. O, məsələylə bağlı “Telegram” hesabında yazıb: “Düşmən hücumu nəticəsində həlak olanların sayı 12-yə yüksəlib. Təəssüf ki, onların arasında üç uşaq da var.”

Kiyev Şəhər Prokurorluğu isə hücumun təsirlərinin paytaxtın səkkiz rayonunda qeydə alındığını açıqlayıb. Bu rayonlara Darnıtski, Dneprovski, Solomyanski, Şevçenkivski, Qolosiyivski, Obolonski, Svyatoşinski və Desnyanski daxildir.

Darnıtski rayonunda beşmərtəbəli yaşayış binasının bir hissəsi çöküb, dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir. Ətrafdakı hündürmərtəbəli binaların şüşələri sınıb, avtomobillərə ziyan dəyib, şəxsi mülklərdə dağıntılar qeydə alınıb.

Səhər saatlarında şəhər sakinləri və fövqəladə hallar əməkdaşları küçələrdə şüşə qırıqlarını və bina dağıntılarını təmizləyiblər. AFP müxbiri Kiyevin mərkəzindəki hücum nöqtəsində beşmərtəbəli binanın ortasında nəhəng krater əmələ gəldiyini bildirib. V.Zelenskinin paylaşdığı görüntülərdə binanın iki yerə bölündüyü görünür.

 

V.Zelenskinin reaksiyası

Prezident V.Zelenski sosial şəbəkədə yazdığı açıqlamada deyib: “Rusiya danışıqlar əvəzinə ballistik raketləri seçir. Müharibəni bitirmək əvəzinə öldürməyə davam etməyi üstün tutur. Bu, Rusiyanın hələ də qorxmadığını göstərir.”

V.Zelenski Ukraynanın müttəfiqlərindən daha sərt reaksiya tələb edərək yeni sanksiyalara çağırış edib. O, həmçinin Rusiyanın müttəfiqi Çin və Avropa İttifaqına üzv Macarıstanı da Moskva rəhbərliyinə qarşı daha qətiyyətli mövqe tutmağa dəvət edib.

“Diplomatiya üçün onlarla imkan əldən verilib. Rusiya hər hücuma və bu müharibənin hər gününə görə cavab verməlidir”, – deyə przident V.Zelenski vurğulayıb.

MƏNBƏ:TRT
Araşdırma
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib