DÜNYA
2 dəqiqə oxuma
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma və Atbara şəhərinə dronlarla zərbə endirib
Yerli sakinlər Sudan hərbi bazası və elektrik stansiyası yaxınlığında partlayışlar barədə məlumat veriblər.
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Sudan RSF / Reuters
 

Yerli medianın məlumatına görə, Sudan Çevik Dəstək Qüvvələri (RSF) Xartum əyalətindəki Omdurman şəhərini və Nil çayı əyalətindəki Atbara rayonunu hədəf alan dran hücumları həyata keçirib.

Son hücumlar RSF-in ABŞ-ın rəhbərlik etdiyi vasitəçi qrup tərəfindən təklif edilən humanitar atəşkəsi qəbul etdiyini elan etməsindən bir neçə saat sonra baş verib.

Sudan "News" xəbər agentliyinin məlumatına görə, hər iki şəhərin sakinləri səhər tezdən dronlara cavab olaraq Sudan ordusundan partlayışlar və zenit atəşi eşitdiklərini bildiriblər.

Hücumlarda itki və zərərin miqyası hələlik məlum deyil və nə ordu, nə də RSF hələlik hücumlarla bağlı açıqlama verməyib.

RSF təxminən iki həftə əvvəl Qərbi Darfurda ordunun son əsas qalası olan Əl-Faşeri ələ keçirdikdən sonra hərbiləşdirilmiş qrup diqqətini şərqə, Xartuma və neftlə zəngin Kordofan bölgəsinə yönəldib.

Sudan ordusu bu il nəzarəti ələ keçirdikdən sonra Xartum nisbi sakitlik dövrü yaşayıb, lakin RSF müxtəlif ərazilərdə həm hərbi, həm də mülki hədəflərə hücumlarını davam etdirib.

Xartumun bir hissəsi olan Omdurman sakini qisas qorxusundan adının açıqlanmasını istəməməsi şərti ilə AFP-yə deyib: "Biz səhər saat 2 radələrində (00:00 GMT) Vadi Sayidna hərbi bazası yaxınlığında partlayış səsləri ilə oyandıq".

Başqa bir sakin isə "Səhər saat 4 radələrində pilotsuz uçuş aparatının səsini eşitdim, ardınca elektrik stansiyasının yaxınlığında partlayış baş verdi. Ərazidə elektrik kəsilməsi oldu" deyib.

Xartumdan təxminən 300 kilometr şimalda yerləşən ordu tərəfindən idarə olunan Atbara sakini isə deyib ki,bu gün səhər 3-dən qısa müddət sonra şəhər üzərində bir neçə pilotsuz təyyarə peyda oldu. Zenit müdafiəsi onları vurdu, amma mən şəhərin şərqində atəşlərin başladığını gördüm və partlayışlar eşitdim".

Təhlükəsizlik səbəbi ilə adının açıqlanmasını istəməyən başqa bir Atbara sakini şəhər üzərində 10 dron gördüyünü və onlara bir-bir zenit atəşi endirildiyini, eyni zamanda şəhərin şərqində də yanğınların baş verdiyini gördüyünü söyləyib.

Hücumlarda hələlik itki barədə məlumat verilməyib və nə ordu, nə də RSF hələlik bu barədə açıqlama verməyib.

Digər tərəfdən, Sudan Həkimləri Birliyi RSF-in noyabrın 6-sı səhəri Cənubi Kordofanın mühasirəyə alınmış Dilling şəhərindəki bir xəstəxananı bombaladığını və bəziləri ağır olmaqla bir çox insanın yaralandığını bildirib.

Həmkarlar ittifaqı qeyd edib ki, bombalama "xəstəxananın radiologiya və tibbi görüntüləmə şöbəsini dağıdıb", bölgənin həyati əhəmiyyətli səhiyyə müəssisələrindən birini iflic edib.

Dilling şəhəri 2023-cü ilin iyun ayından bəri RSF-in mühasirəsindədir.

Araşdırma
Donald Tramp Si və Putinlə görüşü tarixi qələbə adlandırıb
Rusiya:''Ukraynanın enerji obyektlərinə zərbələr endirdik''
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
Rubio: "Ölkədə baş verən texniki nasazlıqların bir-biri ilə əlaqəsi yoxdur"
K.Ollonqren:''Rusiya-Ukrayna sülh müqaviləsinə mütləq təhlükəsizlik zəmanətləri daxil edilməlidir''
Aleksey Lixaçov:''Akkuyu AES-in birinci reaktoruna yaxın vaxtlarda nüvə yanacağı yüklənəcək''
ABŞ İranın Qeşm adasına zərbələr endirib
İran ABŞ-yə qarşı kimyəvi hücum planlarını təkzib etdi
Rusiyaya məxsus təyyarələrin Yaponiya hava məkanını pozması səbəbilə qırıcılar havalandı
İran Bəhreyndəki ABŞ radar obyektini hədəf aldığını iddia edib
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
İsrailli köçkünlər Əriha yaxınlığında fələstinli qadını öldürüblər
ABŞ Prezidenti Donald Tramp bu gün Filippinə səfər edəcək
BMT: Suriyada yenidənqurma işlərinin xərci 216 milyard dollar olaraq təxmin edilir
ABŞ-də uçuş böhranı davam edir: Minlərlə reys təxirə salınıb və ya ləngiyib
Rusiya və Ukrayna ötən gecə həyata keçirilən hücumlara görə bir-birini ittiham edib
A. Quterreş neft şirkətlərinin sürətlə artan gəlirlərini mənəvi cəhətdən qəbuledilməz adlandırıb
Rusiyanın Volqoqrad şəhərinə PUA hücumu nəticəsində 4 nəfər ölüb
Mark Rutte Türkiyənin NATO-dakı strateji roluna diqqət çəkib
Sakit okeanda yerləşən ada dövlətləri COP31-də dəniz səviyyəsinin yüksəlməsinə diqqət çəkiblər