Ukraynanın Rusiyanın Volqoqrad şəhərindəki sənaye müəssisəsinə təşkil etdiyi PUA hücumu nəticəsində yanğın baş verib.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov yaydığı bəyanatda Rusiya hava hücumundan müdafiə sistemlərinin bölgəyə edilən intensiv dron hücumlarını dəf etdiyini bildirib.
"Volqoqradın cənubundakı sənaye zonasında yerləşən zavoda və ətrafdakı ərazilərə dron qalıqlarının düşməsi nəticəsində yanğınlar baş verib", – deyə A. Boçarov qeyd edib. Qubernator yanğınların söndürüldüyünü, hücum nəticəsində 4 nəfərin öldüyünü və 2 nəfərin yaralandığını açıqlayıb.
Sosial mediada yanğının Rusiyanın "Lukoil" neft şirkətinə məxsus Volqoqrad Neft Emalı Zavodunda baş verdiyi iddia olunur.
Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində Moskva da daxil olmaqla ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 1198 dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.























