24 iyun 2025
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru bildirib ki, həftə sonu Sudanda xəstəxanaya edilən hücum nəticəsində aralarında uşaqlar və tibb işçiləri də olmaqla 40-dan çox insan həlak olub.
Qeyd olunur ki, hücum Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında cəbhə xəttinə yaxın yerləşən Qərbi Kordofan bölgəsində baş verib.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus səhiyyə infrastrukturuna qarşı hücumların dərhal dayandırılmasına çağırıb. O, hücuma görə kimin məsuliyyət daşıdığını açıqlamayıb.
ÜST-nin Sudandakı nümayəndəliyi bildirib ki, hücum nəticəsində altı uşaq və beş tibb işçisi həyatını itirib, xəstəxana isə ciddi ziyan görüb.











