SİYASƏT
1 dəqiqə oxuma
SDQ-nin Hələbdə törətdiyi hücumda ölənlərin sayı 5-ə yüksəlib
Hücum nəticəsində daha 9 nəfərin yaralandığı bildirilir
SDQ-nin Hələbdə törətdiyi hücumda ölənlərin sayı 5-ə yüksəlib
SDQ-nin Hələbdə törətdiyi hücumda ölənlərin sayı 5-ə yüksəlib / AA

Hələb Səhiyyə İdarəsinin bildirdiyinə görə, dekabrın 22-də Suriyanın şimalında, Hələb şəhəri ərazisində Suriya Demokratik Qüvvələrinin (SDQ) törətdiyi hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Hələb Səhiyyə İdarəsinin Media Ofisinin bir rəsmisi dövlət televiziyası “Əl-İxbariyyə” TV-yə açıqlamasında şəhərin yaşayış məntəqələrini hədəf alan hücum zamanı 9 nəfərin də yaralandığını bildirib.

Məlumata görə, SDQ silahlıları dekabrın 22-də gecə saatlarında bir nəzarət-buraxılış məntəqəsini, eləcə də “Ər-Razi” Xəstəxanasını pulemyot və minaatanla atəşə tutub.

Suriya Müdafiə Nazirliyi hücumdan sonra qruplaşmanın bir neçə üzvünün zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, SDQ terror təşkilatı PKK-nın Suriyadakı qolu olan YPG-nin nəzarəti altında fəaliyyət göstərir.

Xatırladaq ki, Suriya Prezident Administrasiyası martın 10-da SDQ-nin dövlət qurumlarına inteqrasiyası ilə bağlı bir razılaşmanın imzalandığını elan etmişdi. Həmin açıqlamada ölkənin ərazi bütövlüyünün bir daha təsdiqləndiyi, istənilən bölünmə cəhdinin isə qəti şəkildə rədd edildiyi vurğulanmışdı.

Suriya rəsmiləri bildirirlər ki, həmin tarixdən bəri SDQ razılaşmanın şərtlərini yerinə yetirmək istiqamətində heç bir real addım atmayıb.

Suriya hökuməti isə ötən ilin dekabrında 24 il hakimiyyətdə olan Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə təhlükəsizliyin təmin olunması istiqamətində səylərini daha da gücləndirib.

MƏNBƏ:TRT
Araşdırma
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib
Məsud Pezeşkian: "Müharibə tərəfdarı deyilik"
İran ordusu Körfez ölkələrinə xəbərdarlıq edib
İranın xarici işlər naziri : "ABŞ ilə əldə edilən razılaşmanın icrasındakı ən böyük maneə İsraildir"
D.Tramp ABŞ-İran danışıqlarına "mane olacağı" təqdirdə Omanı bombalamaqla hədələyib
ABŞ Müdafiə naziri: ''İrana qarşı dəniz blokadası müddətsiz uzadıla bilər''
İran: "Şərtlərimiz qəbul edilənədək Hörmüz boğazı açılmayacaq"
İran XİN rəhbəri Abbas Əraqçi: “Həm müharibədə, həm də diplomatiyada qalib gəldik”
Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərir
''Hizbullah'' rəsmi Beyrutu İsraillə danışıqları dərhal dayandırmağa çağırıb
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib