ABŞ-nin Türkiyədəki səfiri Konqresi Suriyaya kömək üçün sanksiyaları ləğv etməyə çağırıb
Tom Barak Suriyanın terrora qarşı mübarizədəki rolunu vurğulayıb və ABŞ qanunvericilərini sanksiyalarla bağlı tarixi tədbirlər görməyə çağırıb
ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Suriyanın təcriddən tərəfdaşlığa doğru əlamətdar transformasiyasını tərifləyərək, ABŞ Konqresini illər əvvəl Əsəd rejimini hədəf almaq üçün hazırlanmış "Caesar" qanunu sanksiyalarını tamamilə ləğv etməyə çağırıb.
Barak prezident Əhməd əl-Şaraanın ötən həftə Vaşinqtona səfərini "Yaxın Şərqin yaxın tarixində və Suriyanın təcriddən tərəfdaşlığa doğru əlamətdar transformasiyasında həlledici dönüş nöqtəsi" kimi xarakterizə edib.
Qeyd edək ki, Əl-Şaraa noyabrın 10-da Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb və bu, Suriya prezidentinin 1946-cı ildə müstəqillik qazanmasından bəri ABŞ-a ilk səfəri olub.
"X" sosial media platformasında paylaşım edən Barak bildirib ki, bu həftə səmimi və dərin məzmunlu görüşdə prezident Donald Tramp və prezident Əl-Şaraa ortaq bir inancı təsdiqlədilər: yadlaşmanı qarşılıqlı əlaqə ilə əvəz etməyin, Suriyaya və onun xalqına əsl yenilənmə şansı verməyin vaxtıdır”.
Barak Suriyanın DEAŞ-a qarşı Qlobal Koalisiyadakı iştirakını “Suriyanın terror mənbəyindən terrorla mübarizə tərəfdaşına keçidini qeyd edən tarixi bir çərçivə” və terrorla mübarizə səylərinə sadiqlik kimi təsvir edib.
Türkiyənin Suriya ilə bağlı “davamlı diplomatiyası”
ABŞ-ın Ankaradakı səfiri vəzifəsində də çalışan Barak Türkiyənin Suriyanın dirçəlişindəki yorulmaz rolunu tərifləyərək, bunun “divarların olduğu yerdə körpülər quran sakit, qətiyyətli diplomatiyanın sübutu” olduğunu söyləyib.
Barak həmçinin ABŞ Konqresini yeni Suriya hökumətini gücləndirmək və "Suriya xalqının və onların regional qonşularının təkcə yaşamasını deyil, həm də inkişafını təmin etmək" üçün "Ceasar" qanunu sanksiyalarını tamamilə ləğv etməklə tarixi addım atmağa çağırıb.
2019-cu il tarixli "Ceasar" Suriya Mülki Müdafiə Qanunu devrilmiş lider Bəşər Əsəd rejiminə təzyiq göstərməyə və Suriya rejimi ilə əlaqəli şəxslər və qurumlarla əlaqəli beynəlxalq investisiyaları və iqtisadi əməliyyatları bloklamağa yönəlmiş ABŞ siyasətinin sütunu idi.
Əsədin ötən il devrilməsindən bəri, Suriya müharibədən zərər çəkmiş ölkəni yenidən qurmaq səylərinin bir hissəsi olaraq müxtəlif sahələrdə regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə və iqtisadi və siyasi sanksiyaları ləğv etməyə çalışıb.
Suriyanın ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısından çıxarılması və yüksək vəzifəli şəxslərin Birləşmiş Millətlər Təşkilatının və ABŞ-ın terror sanksiyaları siyahılarından çıxarılması da daxil olmaqla bir sıra sanksiyalar artıq ləğv edilib.
Qalan sanksiyaların, xüsusən də"Ceasar" qanununun ləğvi qaçılmaz görünür. ABŞ məhdudiyyətlərin demək olar ki, tamamilə ləğv ediləcəyini bildirib.
Noyabrın 10-da "Ceasar" sanksiyaları ikinci dəfə 180 gün müddətinə dayandırılıb.