SİYASƏT
2 dəqiqə oxuma
Qəzza planı ilə bağlı BMT-yə təcili səsvermə çağırışı edilib
ABŞ-ın təqdim etdiyi Qəzza sülh planına geniş beynəlxalq dəstək verilir, BMT Təhlükəsizlik Şurasından təcili səsvermə tələb olunur
Qəzza planı ilə bağlı BMT-yə təcili səsvermə çağırışı edilib
Qəzza planı üçün BMT-yə təcili səsvermə çağırışı
15 noyabr 2025

Türkiyə ilə Amerika Birləşmiş Ştatları, Misir və Səudiyyə Ərəbistanının da aralarında olduğu, əksəriyyəti müsəlman və ərəb olan ölkələr, ABŞ prezidenti Donald Trampın Qəzza üçün irəli sürdüyü sülh planını təsdiqləyən ABŞ layihəsini BMT Təhlükəsizlik Şurasında bir an əvvəl səsə qoyub qəbul etmək çağırışı edib.

“Türkiyə, ABŞ, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı, İndoneziya, Pakistan, İordaniya olaraq, hazırda Təhlükəsizlik Şurasında müzakirə olunan qərara ortaq dəstəyimizi ifadə edirik. Bu təşəbbüsün səmimi bir cəhd olduğunu xüsusi vurğulayırıq. Plan təkcə israillilər və fələstinlilər arasında deyil, bütün region üçün sülh və sabitliyə aparan real və tətbiq edilə bilən yol təqdim edir”, – deyilən birgə açıqlamada layihənin təxirə salınmaz olduğu vurğulanıb.

Xatırladaq ki, ötən həftə ABŞ 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında, İsrailin iki ildir Qəzzada törətdiyi soyqırımından sonra atəşkəsin davam etdirilməsini və D.Trampın planının dəstəklənməsini nəzərdə tutan mətnlə bağlı rəsmi danışıqlara başlamışdı.

AFP-nin noyabrın 13-də yaydığı məlumata görə, layihə qərarında Qəzza üçün 2027-ci ilin sonuna qədər fəaliyyət göstərəcək müvəqqəti idarəedici “Sülh Şurası” adlı qurumun yaradılması məmnunluqla qarşılanıb.

Layihə həmçinin, sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək və Qəzzanın tərksilah olunmasına yardım göstərmək üçün İsrail, Misir və Fələstin polis qüvvələri ilə birlikdə çalışacaq “müvəqqəti Beynəlxalq Sabitlik Gücü (ISF)” yaradılmasına da icazə verir.

Əvvəlki mətnlərdən fərqli olaraq, son layihədə gələcəkdə mümkün Fələstin dövlətinə də istinad olunur.

 

Rusiyanın versiyası

Bildirilir ki, noyabrın 14-də Rusiyanın öz alternativ qərar layihəsi də Şura üzvlərinə təqdim edilib. Lakin AFP-nin bildiyinə görə, Rusiyanın təqdim etdiyi layihədə nə sülh şurasının yaradılmasına, nə də Qəzzaya dərhal beynəlxalq qüvvə göndərilməsinə icazə vermədiyi qeyd olunur.

Rusiyanın versiyası “atəşkəsə gətirib çıxaran təşəbbüsü” alqışlayır, lakin indiki ABŞ prezidenti Donald Trampın adını çəkmir.

Qeyd edək ki, bu layihə BMT baş katibindən sülh planının müddəalarının necə həyata keçirilə biləcəyinə dair variantları müəyyənləşdirməyi və soyqırım nəticəsində viran edilmiş Qəzzaya beynəlxalq sabitlik qüvvəsinin yerləşdirilməsi ehtimallarını da əhatə edən məruzəni təcili şəkildə təqdim etməyi tələb edir.

MƏNBƏ:TRT
Araşdırma
İsrail Trampa BMT qərarından Fələstin dövləti ifadəsinin çıxarılması üçün təzyiq edir
ABŞ BƏƏ-yə Sudanla bağlı təzyiq göstərir
İndoneziya dövləti Qəzza ilə bağlı missiya üçün 20 min nəfərlik heyət hazırlayır
ABŞ-nin Türkiyədəki səfiri Konqresi Suriyaya kömək üçün sanksiyaları ləğv etməyə çağırıb
G7 ölkələrinin yüksək vəzifəli diplomatları Ontarioda bir araya gəlir
Əhməd Şaraa : "Hazırda İsrail ilə normallaşma danışıqlarından söhbət gedə bilməz"
Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihəsi qəbul edir
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib