SİYASƏT
1 dəqiqə oxuma
Mark Karni Türkiyəni regionun ən vacib strateji tərəfdaşı adlandırdı
Kanadanın Baş naziri Mark Karni Türkiyəni "çox vacib NATO müttəfiqi" və "əhəmiyyətli regional güc" adlandırıb.
Mark Karni Türkiyəni regionun ən vacib strateji tərəfdaşı adlandırdı
Mark Karni Türkiyəni regionun ən vacib strateji tərəfdaşı adlandırdı

Kanadanın Baş naziri Mark Karni Türkiyəni "çox vacib NATO müttəfiqi" və "əhəmiyyətli regional güc" adlandırıb. Torontoda jurnalistlərə açıqlama verən Mark Karni Türkiyə ilə münasibətləri yüksək qiymətləndirib.

"Türkiyə çox vacib NATO müttəfiqidir" deyən M.Karni rəsmi Ankara ilə əlaqələrin dərinləşdiyini vurğulayıb. O, Türkiyənin regiondakı nüfuzuna və roluna diqqət çəkərək deyib: "Balkanlardan Yaxın Şərqə, Qafqaza və daha kənara qədər uzanan geniş bir coğrafiyada Türkiyə regiondakı ən vacib strateji tərəfdaşlardan və güclərdən biridir".

Baş nazir həmçinin cari ilin 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində iştirak edəcəyini və ilin sonuna yaxın Türkiyəyə yenidən səfər etməyi planlaşdırdığını bildirib.