Rəcəb Tayyib Ərdoğan və Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

By
Rəcəb Tayyib Ərdoğan və Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub / AA

Fevralın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və ikitərəfli münasibətlərin daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Söhbət zamanı həmçinin regional və beynəlxalq səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məlumata görə, liderlərin planlaşdırılan üz-üzə görüşü təxirə salınıb. Bununla belə, hər iki dövlət başçısı ən qısa zamanda görüşəcəklərini vurğulayıblar.