İQTİSADİYYAT
3 dəqiqə oxuma
"Pacific Eurasia" şirkəti ilə "Çin Dəmir Yolları" güclərini birləşdirdi
Türkiyənin "Pacific Eurasia" logistika şirkəti ilə Çinin "Çin Dəmir Yolları" Orta Dəhliz ticarətini artırmaq üçün güclərini birləşdirdi
"Pacific Eurasia" şirkəti ilə "Çin Dəmir Yolları" güclərini birləşdirdi
"Pacific Eurasia" şirkəti ilə "Çin Dəmir Yolları" / AA

Türkiyənin "Pacific Eurasia" logistika şirkəti ilə Çinin "Çin Dəmir Yolları" Orta Dəhliz ticarətini artırmaq üçün güclərini birləşdirdi.

Şirkətin sədri deyib: "Çin Dəmir Yolları" ilə razılaşma Orta Dəhlizin inkişafı üçün əlamətdar hadisədir.

Türkiyənin beynəlxalq dəmir yolu logistika şirkəti "Pacific Eurasia" və "Çin Dəmir Yolları" mayın 23-də Pekində keçirilən diplomatik görüşdən sonra Orta Dəhlizdə dəmir yolu nəqliyyatını canlandırmaq üçün qüvvələrini birləşdirib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Çinə səfəri çərçivəsində “Pacific Holding”in sədri Fatih Ərdoğan və Çin Dəmir Yollarının baş direktoru Sonq Xiude bir araya gəlib.

Görüşdə iştirak edən tərəflər “Kəmər və Yol” Təşəbbüsünün mühüm hissəsi olan Orta Dəhliz marşrutunun təklif etdiyi real potensialdan istifadə etmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Fatih Ərdoğan bildirib ki, 2019-cu ildə qurulan "Pacific Eurasia" Türkiyənin beynəlxalq dəmir yolu logistikasında lider şirkətdir və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşımaların 95 faizini həyata keçirir.

Fatih Ərdoğan 2017-ci ildə istifadəyə verildikdən sonra işlədilməyən xəttin yenidən canlanmasında "Pacific Eurasia" firmasının əsas rol oynadığını bildirib.

Ərdoğan şirkətin Çindəki fəaliyyətlərində Orta Dəhliz vizyonunu mənimsədiyini ifadə edərək, bu marşrutun nə vaxtsa Türkiyənin strateji coğrafi mövqeyini logistika mərkəzinə çevirərək böyük bir iş həcmi yaradacağına və ölkənin özəl sektorunun sahibkarlığına töhfə verəcəyinə inandıqlarını söyləyib.

Marşrutda sıx nəqliyyat

Fatih Ərdoğan Türkiyə ilə Çin arasında bir çox ilkə imza atdıqlarını, misal üçün Çindən Türkiyəyə ilk blok qatar, Türkiyədən Çinə ilk ixrac qatarı, Orta Dəhliz vasitəsilə Çin ilə Avropa arasında ilk blok qatar daşımalarını həyata keçirdiklərini bildirib.

O, bu səylərin daha çox uğur qazanacağı bir vaxtda baş verən pandemiyanın əməliyyatları dayandırdığını vurğlayaraq deyib:

"Çin “Kəmər və Yol” Təşəbbüsünün quru komponenti çərçivəsində dəmir yolu nəqliyyatına əhəmiyyətli investisiyalar yatırdı və xüsusilə Çin, Rusiya və Avropadan keçən Avrasiya Şimal Dəhlizində əhəmiyyətli subsidiyalar verdi.

Onun sözlərinə görə, hər il təxminən 20 min yük qatarı bu marşrutdan istifadə edir və bu xətlə təxminən 2 milyon TEU konteyner daşınır. Orta Dəhliz marşrutu ilə ildə cəmi 300 qatarın hərəkət edir və bu xətt daha çox potensiala malik ola bilər.

Fatih Ərdoğan Orta Dəhlizinin Türkiyənin layihəsi olmasının lazım gəldiyini və bu marşrutun böyük trafik gətirə biləcəyini bildirib: “Bir tərəfdə Türkiyə, digər tərəf Çin var.

“Bir Kəmər və Yol Təşəbbüsü Çinin layihəsidir, Orta Dəhliz Türkiyənin layihəsi olmalıdır, çünki bu xətt ancaq Türkiyədən keçən Avrasiya Şimal Dəhlizi kimi ola bilər”.

O, şirkətin Türkiyə rəsmiləri ilə əlaqə saxladığını və dəstək aldığını, marşrut üzrə Orta Asiya ölkələri, eləcə də Çin rəsmiləri, agentlikləri və özəl sektor nümayəndələri ilə əməkdaşlıq etdiyini bildirib.

Sülh dəhlizi

Türkiyənin "Pacific Eurasia" logistika şirkətinin sədri Fatih Ərdoğan Çin Dəmir Yollarının sədri və rəsmilərinin ötən həftə Türkiyəyə səfər etdiyini və daha sonra Pekində görüş keçirildiyini bildirib.

O, Çin Dəmir Yollarının baş direktoru Sonq Xiude ilə keçirilən danışıqlarda Orta Dəhlizlə daşınan yüklərin məhdud olduğunu, lakin Türkiyənin infrastruktur və nəqliyyat potensialı ilə bu həcmi artıra biləcəyini müzakirə etdiklərini bildirib.

Fatih Ərdoğan bu sazişin Orta Dəhlizin inkişafı üçün dönüş nöqtəsi olduğunu bəyan edərək deyib ki, Avrasiya Şimal Dəhlizinin ilkin mərhələlərində tutum problemləri var, ancaq dəstəklə bu gün çatdığı həcmə malik oldu, Orta Dəhliz də zamanla eyni şəkildə həcm qazana biləcək.

O, Orta Dəhliz və Türkiyə marşrutunun inkişafı ilə bağlı orta və uzunmüddətli layihələrin hələ də gündəmdə olduğunu, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına uzanan Zəngəzur dəhlizi konsepsiyası, Türkiyə ilə Körfəz arasındakı İnkişaf Yolu, Türkiyə ilə Avropanı birləşdirən üçüncü körpü kimi layihələrin də bu çərçivədə olduğunu bildirib.

Fatih Ərdoğan Orta Dəhlizin Çinə, Avropaya və Yaxın Şərq və Şimali Afrikadakı inkişaf etməkdə olan bazarlara çıxış təmin etdiyini bildirib və bu layihəni “sülh dəhlizi” adlandırıb.

Araşdırma
Türkiyə Kanada ilə azad ticarət sazişi danışıqlarına başlayır
Türkiyə 4 ayda 195 milyon dollarlıq limon ixrac edib
Mehmet Şimşək Qlobal İslam İqtisadiyyatı Sammitində mühüm bəyanatlar verdi
Razılıq əldə olunmadı: Neft qiymətləri qəfil yüksəldi
ABŞ ilə İran arasındakı gərginlik artdıqca fond bazarları aşağı düşüb, neft qiymətləri yüksəlib
Neft qiymətləri artmaqda davam edir
Cevdet Yılmaz: "Türkiyə qlobal qeyri-müəyyənlik mühitində investesiya imkanlarını gücləndirir"
Mehmet Şimşək Türkiyənin qlobal ticarət marşrutlarına yatırdığı investisiyalardan danışıb
BVF: Avropa daha yüksək inflyasiya və daha yavaş böyüməyə doğru sürüklənə bilər
Türkiyə və Dünya Bankı arasında 1,67 milyard avroluq müqavilə imzalandı
ABŞ-nin blokada qərarı neft qiymətlərinin kəskin bahalaşmasına səbəb oldu
Neft qiymətləri düşür, qlobal səhmlər yüksəlir
Hörmüz boğazında yaranan fasilələr Türkiyəni etibarlı alternativ tranzit yol edir
FAO:''Müharibə səbəbindən artan enerji və gübrə xərcləri ərzaq qiymətlərini artırır''
Neftin qiyməti rekord həddə çatıb
Neft qiymətləri düşüb, İran müharibəsinin səngiyəcəyinə dair ümidlər səhm bazarlarını yüksəldib
İsrail iqtisadiyyatı Qəzzadakı iki illik soyqırım səbəbindən 57 milyard dollar itirib
Bazarlar çökdü: Trampın İrana 48 saatlıq ultimatumundan sonra neft qiymətləri yüksəldi
BEA rəhbəri: "Hörmüz boğazı böhranı qlobal iqtisadiyyat üçün “ciddi təhdid” yaradır
Pentaqon İran müharibəsi üçün 200 milyard dollardan çox təcili vəsait tələb edib