İQTİSADİYYAT
2 dəqiqə oxuma
Dünya Bankı: Ukraynanın yenidənqurma xərcləri 588 milyard dollara yüksəlib
Yenilənmiş xərclər əvvəlki 524 milyard dollar proqnozunu geridə qoyaraq, Ukraynanın ÜDM-nin təxminən üç qatına bərabər olan 588 milyard dollara yüksəlib
Dünya Bankı: Ukraynanın yenidənqurma xərcləri 588 milyard dollara yüksəlib
Ukraynada Rusiyanın hücumu / AP

Dünya Bankı Ukraynanın bərpası və yenidənqurulması ilə bağlı xərclər üzrə qiymətləndirməsini yeniləyərək, ötən ilin sonuna olan rəqəmi əvvəlki hesabatdakı 524 milyard dollardan 588 milyard dollara qaldırıb.

Fevralın 23-də yayımlanan açıqlamada bildirilib ki, Rusiya ilə müharibənin başlamasından bəri dörd ili əhatə edən bu yenilənmiş on illik xərclər 2025-ci il üçün Ukraynanın Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən üç qatına bərabərdir. Yenilənmiş hesablamalar əsasən mənzil fondunun bərpası, enerji, təhsil, nəqliyyat və digər mühüm sektorlara yönəlib.

Bankın bəyanatında qeyd olunur ki, inkişaf tərəfdaşlarının dəstəyi ilə Ukrayna hökuməti 2026-cı il üçün bərpa prioritetlərinə nail olmaq istiqamətində əhəmiyyətli addımlar atır. Bura ümumi dəyəri 15 milyard dollardan çox olan dövlət investisiya layihələri, dağıdılmış mənzillərin maliyyələşdirilməsi, ərazilərin minalardan təmizlənməsi və çoxsektorlu iqtisadi dəstək proqramları daxildir.

Həmçinin bildirilib ki, 2022-ci ilin fevral ayından etibarən enerji, nəqliyyat və təhsil kimi vacib sahələrdə təcili təmir işləri vasitəsilə ən azı 20 milyard dollar dəyərində ehtiyac artıq ödənilib.

Məlumatlara görə, Ukraynaya dəymiş birbaşa ziyan hazırda 195 milyard dolları keçib (əvvəlki hesabatda 176 milyard dollar idi). Ən çox zərər çəkən sektorlar mənzil təsərrüfatı, nəqliyyat və enerjidir. Zərərlər və ehtiyaclar əsasən cəbhəyanı bölgələrdə və iri metropoliten ərazilərində cəmləşib.

Yenidənqurma və bərpa işləri

Enerji sektorunda zədələnmiş aktivlərdə ötən illə müqayisədə 21%, nəqliyyat sektorunda isə 24% artım müşahidə olunub. Ötən ilin sonuna olan məlumata görə, ölkənin mənzil fondunun 14%-i zədələnib və ya tamamilə məhv edilib ki, bu da 3 milyondan çox ev təsərrüfatına mənfi təsir göstərib.

Sektorlar üzrə bölgüyə əsasən, yenidənqurmaya ən çox ehtiyacı olan sahə büdcəsi 96 milyard dolları ötən nəqliyyat sektorudur. Ondan sonrakı yerləri 91 milyard dollarla enerji və 90 milyard dollarla mənzil sektoru tutur. Ticarət və sənaye sahəsində bərpa ehtiyacları 63 milyard dollar, kənd təsərrüfatında isə 55 milyard dollar təşkil edir.

Digər tərəfdən, minalardan təmizləmə sahəsindəki irəliləyişlərə baxmayaraq, partlayıcı sursatların zərərsizləşdirilməsi və dağıntıların təmizlənməsi xərclərinin təxminən 28 milyard dollar olduğu təxmin edilir.

Araşdırma
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib