SİYASƏT
2 dəqiqə oxuma
İlon Maskın Avropadakı ifrat sağçılara təsiri
Öz siyasi partiyasını qurmağa çalışan Mask Avropadakı ifrat sağçı siyasətçilər və fəallarla əlaqələrini gücləndirmək üçün platformadakı geniş imkanlarından istifadə edir
İlon Maskın Avropadakı ifrat sağçılara təsiri
İlon Mask
1 avqust 2025

İlon Maskın "X" platforması Avropada ifrat sağçı siyasətçilərin və fəalların rəqəmsal təsirini artıraraq mühüm siyasi gücə çevrilib.

Vaşinqtonda siyasi baxımdan gözdən düşməsinə baxmayaraq, sosial şəbəkədə ən çox təqibçi sayı hesabı olan İlon Mask təsirini davam etdirir.

Öz siyasi partiyasını qurmağa çalışan Mask Avropadakı ifrat sağçı siyasətçilər və fəallarla əlaqələrini gücləndirmək üçün platformadakı geniş imkanlarından istifadə edir.

"Associated Press" tərəfindən açıqlanan məlumatların təhlili bu qarşılıqlı əlaqələrin Avropada yeni narahatlıq mənbəyi yaratdığını ortaya qoyub. Bu dəfə söhbət Rusiya və ya Çindən deyil, ABŞ mənbəli xarici müdaxilə narahatlığından gedir.

"Associated Press" araşdırmasında "Bright Data" tərəfindən tərtib edilmiş 20.000-dən çox post tədqiq edilib. Üç illik dövrü əhatə edən məlumatlar Mask ilə mənalı qarşılıqlı əlaqədə olan və mütəmadi olaraq ifrat sağçı siyasi və ya sosial gündəmləri təbliğ edən 11 avropalı fiqurun paylaşımlarından ibarət nümunəni əhatə edir.

"Retweet" oyunu

2022-ci ilin oktyabrında "Twitter"i aldıqdan sonra İlon Mask "X" platformasında misilsiz təsir yaradıb. Onun təqibçilərinin sayı iki dəfədən çox artaraq 220 milyona çatıb və bütün digər əsas hesabları geridə qoyub.

Maskın dəstəklədiyi hesablar immiqrasiyanın dayandırılması, mütərəqqi siyasətlərin ləğvi və mütləq ifadə azadlığı vizyonunun təşviq edilməsi kimi ortaq məqsədlərlə birləşən yüksələn qlobal millətçi ittifaqın bir hissəsidir.

"Associated Press"in təhlil etdiyi hesablar arasında öz ölkələrində qanunsuz fəaliyyətdə ittiham olunan şəxslər də var.

Böyük Britaniyada immiqrasiya əleyhinə fəal Tommy Robinson oktyabr ayında suriyalı qaçqın haqqında böhtan xarakterli iddialar irəli sürərək məhkəmə qərarını pozduğu üçün 18 ay həbs cəzasına məhkum edilib.

Almaniyanın ifrat sağçı AfD partiyasından olan siyasətçi Bjoern Hoke keçən il çıxışında qəsdən nasist şüarından istifadə etməkdə təqsirli bilinib.

İtaliya Baş nazirinin müavini Matteo Salvini dekabrda humanitar yardım gəmisində 100 miqrantı qeyri-qanuni saxlamaqda ittiham olunaraq bəraət alıb.

Mask tərəfindən vurğulanan digər adlar bunlardır:

Alis Vaydel: Almaniyanın AfD partiyasının həmsədri; o, partiyasını bu il ən yaxşı seçki nəticələrinə çatdırdı.

Eva Vlaardingerbroek: "Həddindən artıq sağçıların qalxanı" kimi tanınan hollandiyalı sosial media fenomeni.

Naomi Seibt: "Anti-Greta Thunberg" kimi tanınan alman fəal. O, hazırda Vaşinqtonda de-fakto siyasi mühacirətdə yaşayır.

Ruben Pulido və Foro Madrid: Hər ikisi İspaniyanın ifrat sağçı "Vox" partiyası ilə bağlıdır.

Fidias Panayioutou: Cənubi Kıbrıs (Kipr) Rum İdarəsindən siyasətçi. O, Maskın şirkətlərinə verdiyi dəstəyə görə şöhrət qazanıb.

Bu hesablar Maskın "Twitter"i (indi "X" adı ilə tanınır) 2022-ci ilin oktyabrından bu ilin yanvarına qədər alması arasında təxminən 5 milyon yeni təqibçi qazanıb.

Araşdırma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"