SİYASƏT
2 dəqiqə oxuma
Kiyev rəhbərliyi R.T.Ərdoğanın ölkəyə səfər etməsi üçün hazırlıqlar aparır
Ziyarətin əsas mövzusu Türkiyə ilə Ukrayna arasında sərbəst ticarət sazişinin ratifikasiyasıdır
Kiyev rəhbərliyi R.T.Ərdoğanın ölkəyə səfər etməsi üçün hazırlıqlar aparır
Ankara / Others
5 avqust 2025

Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlalov bildirib ki, Kiyev rəhbərliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfər etməsi üçün hazırlıqlar aparır.

Səfir N.Cəlalov bu barədə avqustun 4-də “RBC-Ukrayna” xəbər agentliyinə verdiyi müsahibədə danışıb. O qeyd edib ki, Ukrayna tərəfi belə bir səfərin təşkili üçün fəal şəkildə çalışır. Əgər səfər baş tutarsa, bu, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan müharibədən bəri R.T.Ərdoğanın Kiyevə ilk səfəri olacaq.

Xatırladaq ki, prezident R.T.Ərdoğan sonuncu dəfə 2022-ci ilin avqustunda Ukraynanın Lvov şəhərinə işgüzar səfər etmişdi.

Nəriman Cəlalov səfir kimi etimadnaməsini təqdim etdiyi zaman ölkə başçısı R.T.Ərdoğanla apardığı danışıqlara istinadən deyib: “Prezident Volodimir Zelenski bu dəvəti şəxsən ünvanlayıb. Mən də ötən ay Türkiyə prezidenti ilə keçirdiyim görüş zamanı həmin dəvəti bir daha xatırlatdım.”

 

İqtisadi əməkdaşlıq

Ziyarətin baş tutması üçün ciddi səylər göstərilməsinin vacibliyini vurğulayan səfir, eyni zamanda bunun reallaşmasına mane olan bir çox amilin varlığını da qeyd edib. Onun sözlərinə görə, səfərin əsas gündəm mövzusu iki ölkə arasında imzalanmış sərbəst ticarət sazişinin ratifikasiyası ola bilər.

“Bu saziş bizim iş dünyamızın böyük bir qismi üçün çox önəmlidir. Amma artan rəqabət səbəbilə bəzi dairələrdə narahatlıq da yarada bilər. Lakin bu, siyasi xarakterli qərardır. Prezident V.Zelenski bu sazişin məhz R.T.Ərdoğanın səfəri zamanı təsdiqlənməsini təklif edib. Bu, həm güclü, həm də simvolik bir jest olar”, – deyə səfir əlavə edib.

Türkiyə rəsmiləri hələlik N.Cəlalovun bu açıqlamaları ilə bağlı hər hansı bir şərh verməyib.

Qeyd edək ki, Ankara rəhbərliyi Ukrayna ilə 2022-ci il fevralın 3-də imzalanmış sərbəst ticarət sazişini ötən ilin avqust ayında ratifikasiya edib.

Türkiyə eyni zamanda, münaqişənin ilk aylarında Rusiya və Ukrayna arasında vasitəçilik rolunu öz üzərinə götürərək sülh danışıqlarına ev sahibliyi etmişdi. 16 may, 2 iyun və 23 iyul tarixlərində İstanbulda tərəflər arasında bir neçə mərhələli danışıqlar keçirilmişdi.

MƏNBƏ:TRT Global
Araşdırma
Antonio Quterreş İsrailin İordan çayının qərb sahili ilə bağlı qərarına münasibət bildirib
Türkiyə dövləti İsrailin Fələstin ərazisində torpaq qeydiyyatı planına etiraz etdi
İsrail qüvvələri atəşkəsə baxmayaraq Qəzzada qətl törətməyə davam edir
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
İsrail Livanın cənubunu bombalayaraq atəşkəsi pozdu
İsrail hökuməti Ramazan ayında Məscidül-Əqsaya girişin məhdudlaşdırılmasını planlaşdırır
İranla nüvə danışıqları davam edərkən, daha bir təyyarədaşıyan gəmi Yaxın Şərqə doğru irəliləyir
Tramp İsrail Prezidentini Baş nazir Netanyahuya əfv qərarı ilə bağlı sərt tənqid edib
Lavrov: "Qrenlandiya hərbiləşdirilərsə, Rusiya hərbi seçimlər də daxil olmaqla tədbirlər görəcək"
Pezeşkian: "İran həddindən artıq tələblərə güzəştə getməyəcək"
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi